Süleyman Cabbarov — Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru [1][2] Azərbaycan Memarlar İttifaqının üzvü.
Süleyman Cabbarov 02.11.1965-ci ildə anadan olub. 1982-ci ildə İnşaat Mühəndisləri institutunun memarlıq fakultəsinə qəbul olunub. Süleyman Cabbarov tikinti kompleksində maraqlı layihələri ilə özünü təsdiq etmişdir. Əsasən inzibati binalar, fərdi yaşayış evləri, sənaye, səhiyyə obyektləri və s. müxtəlif yönümlü infrastruktur obyektlərinin layihələndirilməsi sahəsində paytaxtımızın müasirləşməsində özünəməxsus xidmətləri vardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərovun 16 iyul 2015-ci il tarixli əmri ilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.[3]
Ailəlidir, 2 övladı var.
- 1983- 1984 - “Bakıbaştikinti” LKTB-də çertyojçu, konstruktor
- 1986-1989 - “Bakıbaştikinti” LKTB-də texnik, böyük texnik
- 1989-1990 - “Bakıbaştikinti” LKTB-də mühəndis-memar
- 1990-1993 - “Bakıbaştikinti” LKTB-də Layihələrin baş mühəndisi
- 1993-1997 - Suraxanı rayon İHBA-nın Layihə-smeta bürosunun rəisi
- 1997-1999 - “Bakıelektrikşəbəkə” İB-nin Envə SM-nin Qaradağ rayon suraxanı rayon enerji satışı şöbəsinin rəis müavini
- 1999-2000 - Bakı şəhər İHBA-nın EN və SM-nin Suraxanı rayon şöbəsində aparıcı mühəndis.
- 2000- - Bakı şəhər İHBA-nın EN və SM-nin Suraxanı rayon şöbəsinin rəisi
- 2000-2001 - Yasamal rayon Bələdiyyəsində baş memar
- 2001-2003 - “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu Müdriyyətində baş memar
- 2003-2011 - “Müasir ev” MMC-də direktor
- 2011-2015 - “Arxproyekt” MMC-də direktor
- 2015- - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru
- Hesablama palatasının yeni inzibati binası
- Müdafiə Sənayesi Nazirliyinin Layihələri
- Səhiyyə Nazirliyinin Layihələri
- Təhsil Nazirliyinin Layihələri
- Şamaxı Rixos otel
- Salyan rayon İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev mərkəzinin layihəsi
- Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binası
- “Azərsu” ASC-nin inzibati binasının mərtəbə artımı
- Füzuli rayonunda 100 çarpayılıq xəstəxana, idman-olimpiya kompleksi
- Neftçalada bazar kompleksi
- Corat qəsəbəsində istirahət mərkəzində ticarət obyekti
- Sumqayıt şəhərində “Hidro-Makina” MMC-nin inzibati binası
- Qaradağ rayonu ərazisində 4 ədəd 9 mərtəbəli yaşayış binaları
- Salyan, Göygöl, Xaçmaz, Masallı rayonlarının inkişaf planı