Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süleyman Hilmi Tunahan (1888[1] – 16 sentyabr 1959, Üsküdar, İstanbul ili) — Türkiyənin XX əsrdə yetişdirdiyi görkəmli müsəlman alimlərindən.
Süleyman Hilmi Tunahan | |
---|---|
Süleyman Hilmi Tunahan Hafiz Osman Əfəndi oğlu | |
Doğum tarixi | 1888[1] |
Vəfat tarixi | 16 sentyabr 1959 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | üləma |
Süleyman Hilmi Tunahan 1888-ci ildə Bolqarıstanın Silistrə vilayətinin Fərhadlar kəndində anadan olub.
Atası dövrünün pedaqoqlarından Hafiz Osman Əfəndidir. Soy-kökü Fateh Sultan Mehmed Xanın "Dunay xanı" kimi təyin etdiyi və öz bacısı ilə evləndirdiyi İdris bəyə gedib çıxır.
Atası Osman Əfəndi təhsilini İstanbulda başa vurduqdan sonra Silistrəyə qayıdaraq, tanınmış Satırlı mədrəsəsində uzun illər boyu müəllimlik etmişdir. S. H. Tunahan ilk təhsilini Silistrədəki Satırlı mədrəsəsində alır. Daha sonra isə təhsilini davam etdirmək üçün İstanbula gələrək, Fateh mədrəsəsinə daxil olur.
Süleyman Tunahanın müəllimləri arasında dövrün tanınmış alimlərindən Bafralı Əhməd Həmdi Əfəndi də vardı. Fateh mədrəsəsində təfsir, hədis, fiqh, məntiq və digər elmlərə yiyələnən Tunahan 1916-cı ildə Əhməd Həmdi Əfəndidən icazət (diplom) alır.
Bundan sonra ali təhsil almaq üçün Süleymaniyyə məscidinin nəzdindəki mədrəsələrdən olan Mədrəsə əl-Mütəxassisində təfsir və hədis elmlərinə daha dərindən yiyələnən Tunahan 1919-cu ildə sözügedən mədrəsənin İslam hüququ (Fiqh) fakültəsini bitirir.
Mədrəsədən məzun olduqdan sonra pedaqoq kimi fəaliyyətə başlayan S. Tunahan bir müddət sonra mədrəsələrin bağladılmasından dolayı məscidlərdə imam və moizəxan işləyir. O, uzun müddət İstanbulun Sultanəhməd, Süleymaniyyə, Yeni məscid, Şahzadəbaşı və Piyalə Paşa kimi böyük məscidlərində insanlara İslamın əmr və qadağalarını çatdırır.
Tunahan əqidədə Əhli-sünnə, əməldə Hənəfi, təsəvvüfdə isə Nəqşibəndiyyə yolunu mənimsədiyini bildirirdi. Tələbələrinə verdiyi başlıca tövsiyə Əhli-sünnə və əl-cəmaə əqidəsinə ixlas və səmimiyyətlə bağlılıq idi.
72 illik ömrü boyu İslamın əmr və qadağalarını öyrənmək, öyrətmək və insanlara çatdırmaq surətilə onların dünya və axirətdə səadətə qovuşmalarına vəsilə olan S. Tunahan 1959-cu il sentyabrın 16-da İstanbulda vəfat edib.
S. H. Tunahan həyatını qadağalar və İslamın sıxışdırıldığı dövrdə bu dinin mövcudluğu üçün həsr etmiş alimdir. Onun başlıca fəaliyyəti ölkəsində Quran kursları açılması, dərs halqalarının təşkili və digər yollarla din sahəsində savadlı kadrların yetişdirilməsinə yönəlmişdi. Bunun üçün ömrünün sonunadək dəfələrlə təqib və həbs edilən, ağır işgəncələrə məruz qalan alim tələbə yetişdirmək üçün fabrik satın almış, meşənin dərinliklərində, fermalarda belə dərs halqaları təşkil etmişdir.
Təqiblər qarşısında Quran elmlərini öyrətməkdən vaz keçmək istəyən dövrünün müsəlman müəllimlərinə isə sözləri hələ də unudulmur: "Ey müəllimlər, müəllimlik bir peşə, "çörək ağacı" deyildir. Müəllimlik Allahın, rəsulunun, Quranın və ümumilikdə İslama dəvətin xidmətçiliyidir".
Habelə Tunahan o vaxtkı rejimin təqiblərindən qorxaraq, dərs halqalarına gəlməkdən çəkinənləri və ümumilikdə həmin dövrü belə təsvir edirdi: "Elə bir dövrdə yaşayırıq ki, deputat məvacibi qədər pul verib, tələbə oxutmaq istədim, ancaq tapa bilmədim. Onlar pulu alıb qaçırlar, çünki qorxurlar. Mən islam elmlərinin yer üzündən itəcəyindən qorxuram. Ancaq sonra Allah mənə tələbə oxutmaq üçün imkan verdi. Bu, Cənabı-Haqqın bizə lütfüdür". Alimin xidmətlərindən biri də 1951-ci ildə ilk dəfə Türkiyənin İstanbul şəhərində yataqxanası olan Quran kursunun açması idi. Türkiyə ilə yanaşı, digər ölkələrdəki müsəlmanların üzləşdikləri sıxıntılara biganə qalmayan Tunahan onlara fəal yardım edə bilməmələrindən təəssüflənirdi. Hətta o, Əlcəzairdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən müsəlmanlar üçün dua etməyə çağırdığına görə, Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən izahatı alınmışdı.
S. Tunahan Osmanlının son dövrlərində yetişən alimlərdən olmasına baxmayaraq, bir o qədər də çox əsər qoyub getməmişdir. Ondan bunun səbəbini soruşanlara belə deyərdi: "Sələfin (əvvəlki dövr alimlərinin) şam işığında yazdığı çox qiymətli xəzinəyə bənzər əsərlərin torpağa basdırılaraq, çürüdüyünü, baqqallara satıldığını, bir kənara atıldığını, bir qisminin isə kitabxana rəflərində toz basdığını gördüm. Mədrəsələri bağladılmış, yazısı dəyişdirilmiş, din elmləri yox olmağa üz tutan hazırkı dövrdə kitab yazmaqdansa əvvəlki dövrlərdə qələmə alınan əsərləri başa düşəcək və digərlərinə öyrədəcək, elmi sətirdən qəlbə köçürərək, yaşadacaq tələbə, yəni, canlı kitab yetişdirməyi münasib bilirəm".
Bununla belə, S. Tunahanın bir neçə əsəri məlumdur. Onlardan "Quranın hərf və hərəkələri", Qısa müddətdə Qurani-Kərimi oxumağa imkan verən yeni üsul", Risaleyi Kibriti Əhmər", Risaleyi İksir əl-Ülum və Mərifə", "Məktubat", "Bir sıra mühüm məsələlər" və s. Son iki əsər təsəvvüfdən bəhs edir.