Süleyman Məmmədli (28 avqust 1948, Tovuz rayonu – 22 sentyabr 2021, Bakı) — Azərbaycanda Taekvondo Federasiyasının ilk prezidenti (1992–1999), Azərbaycan Hapkido Federasiyasının prezidenti (1999-2021), beynəlxalq dərəcəli təlimatçı və hakim. Turan Do döyüş sənətinin banisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi. Dünya Turan-do Assosiasiyasının, Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının prezidenti və Dünya Universal Kombat Döyüş Assosiasiyasının yaradıcısı, Beynəlxalq Döyüş Növləri Assosiasiyasının fəxri sədri olub.[1]
Süleyman Məmmədli |
---|
|
Tam adı |
Məmmədli Süleyman Bağır oğlu |
Vətəndaşlığı |
Azərbaycan |
Doğum tarixi |
28 avqust 1948(1948-08-28) |
Doğum yeri |
|
Vəfat tarixi |
22 sentyabr 2021(2021-09-22) (73 yaşında) |
Vəfat yeri |
|
İdman növü |
Taekvondo Hapkido Turan-Do |
Karyera illəri |
1969–2021 |
Məşqçisi |
Çxve Xon Xi Bok Mann Kim |
|
Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub.[2] Orta təhsilini Tovuzda alıb.[3] 1969–1971-ci illərdə hərbi xidmətdə olub.[4] Rusiyada Sankt-Peterburq Dağ-Mədən Universitetində ali təhsil alıb.[5][6] Daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.[2] 22 sentyabr 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib.[7][8][9]
- İlk dəfə 1969-cu ildə karate ilə məşğul olmağa başlayıb. Daha sonra isə bir neçə şərq döyüş növləri ilə məşğul olub. 1980–1983-cü illərdə "Dinamo" İdman Cəmiyyətində hüquq-mühafizə orqanlarının işçilərinə karate dərsi keçib.[4]
- 1981-ci ildə Qorxma, mən səninləyəm filmində kaskadyor kimi çəkilib.[10]
- Taekvondo, hapkido, uşu, kikboksinq kimi bir neçə döyüş növlərini ilk dəfə Azərbaycana o gətirib. 1990-cı ildən taekvondo ilə məşğul olmağa başlayıb. 1992-ci ildə Azərbaycanda yaradılmış Taekvondo Federasiyasının[11] ilk prezidenti olub.[3][12] Bu vəzifəni 1999-cu ilə qədər icra edib.[4]
- 2004-cü ildə Turan Do döyüş sənətini yaradıb. 2004-cü ildən Çun Kuhn Do ilə məşğul olub.[13] İlk dəfə Çun Kuhn Do döyüş növü üzrə qrand-master dərəcəsi alıb.[14]
- Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənətləri üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.
- Dünya Turan-do Assosiasiyasının, Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının və Dünya Universal Kombat Döyüşləri Assosiasiyasının yaradıcısı[15] və Beynəlxalq Döyüş Növləri Assosiasiyasının fəxri sədri olub.[16]
4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Beynəlxalq dərəcəli hakim.
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmanın təkmübarizlik növləri" kafedrasında dosenti vəzifəsində çalışıb.[2][7]
"Taekvondo", "Tanq Su Do Su Bak Do və Hap Ki Do", "Müxtəlif xalqların döyüş sənətləri", "Kikboksinq Muay Tay", "Əlbəyaxa döyüş", "Karate Do" dərsliklərin, "Həsrət", "Qisas", "Könül söhbəti", "Söndürülmüş ocaqlar yandırılmalı!", "Atəşlərə yanan könül" şeir kitablarının müəllifidir. Bundan başqa, 50-yə yaxın elmi məqaləsi dərc edilib.[2][17]
- Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004).
- Taekvondo üzrə Dünya Kubokunun sahibi (2005).
- Döyüş sənətləri üzrə Avropa çempionu (2006).
- Dünya çempionu (2007, 2010).
- Tam kontakt üzrə dünya çempionu (2007).
- Döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007).
- Mudo Dünya kubokunun ikiqat qalibi — Kompleks və döyüş (2008).
- Döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009).
- BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011).
- Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011).
- Qarışıq Döyüş sənətləri "Fight Cup" çempionu (2011). 2010-cu ildə ABŞ-nın Miçiqan ştatında keçirilmiş hapkido üzrə VIII üç illik dünya çempionatında müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal qazanıb.[18] 2015-ci il dekabrın 6-da Polşanın Tarçin şəhərində döyüş sənəti üzrə Avropa kuboku yarışları keçirilib. Turnirdə Azərbaycanı təmsil edən Süleyman Məmmədli veteranlar arasında Avropa kuboku qazanıb.[19]
Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011). 2017-ci ildə ABŞ-ın Orlando ştatında keçirilmiş 17-ci Beynəlxalq Çin döyüş növləri çempionatında qızıl medal qazanıb.[20]
- 2012-ci il noyabrın 7-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" adını alıb.[21]