Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi —1954-cü ilin avqustunda Nquen Hıu Tho tərəfindən Sayqonda yaradılmış Vyetnam siyasi təşkilatı. Komitə həmin ilin noyabrında Cənubi Vyetnam hökuməti tərəfindən ləğv və qadağan edilmiş, Nquen Hıu Tho və təşkilatın digər üzvləri polis basqından sonra həbs edilmişdir.[1]