Sülh göyərçini abidəsi

"Sülh göyərçini" abidəsiSumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.

Sülh göyərçini abidəsi
Xəritə
40°35′29″ şm. e. 49°40′51″ ş. u.HGYO
Ölkə
Yerləşir Sumqayıt
Tikilmə tarixi 1978
Material beton

Abidə 1978-ci ildə[1] Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır. Abidə betondan tökülmüşdür. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub[2].

Müəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir.[3] Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür.

Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.

Poçt markalarında

[redaktə | mənbəni redaktə et]
  1. "Sumqayıtda "Sülh göyərçini" abidəsi açılıb". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-05.
  2. "Sumqayıt şəhərinin heykəltaraşlıq abidələri". Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine  (az.)
  3. "Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO". Milli.Az. 7 mart 2020. 2020-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]