Süngərlər tipi

Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. 8000-ə qədər süngər növü məlumdur. Dəniz sakini olub, bütün bədəni ilə suyun dibinə və ya sualtı əşyalara hərəkətsiz yapışır. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlər koloniya şəklində yaşayır. Onların kisəvarı və ya qədəhvarı bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (endoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlanır. Mezoqleydə ayrı-ayrı hüceyrələr səpələnmişdir. Süngərlərin mezoqleyində skelet inkişaf edir. Skelet kirəc (CaCO3), kvars (SiO2) və ya buynuz maddəsindən ibarət olur. Yeni tədqiqatlar göstərir ki, süngərlər kiçik kvars hissəciklərini udub həll edir. Cinsi və qeyri-cinsi yolla çoxalan süngərin bəzi növləri zəhərlidir. Süngərlər cinsi və tumurcuqlama yolu ilə çoxalırlar. Bir çox xərçəngkimilər və polixetlər düşməndən qorunmaq üçün süngərlərdən sığınacaq kimi istifadə edir. Xırda molyusklar, çoxqıllı qurdlar, bəzi xərçəngkimilər və balıqlar onların toxumalarında yumurta qoyur. Xəzər dənizində süngərlərin bir növü (Metschnikowia tuberculata) tapılmışdır.

Süngərlər tipi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi xarakteristika[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın şirin su hövzələrində (Hacıqabul, Ağgöl, Mehman gölləri, Kürün axmazları və s.) Silisiumbuynuzlular (Cornacuspongia) dəstəsinə aid 3 növ süngər təyin edilmişdir. Bunlar Spongilla lacustris, S.carteri və Ephydatia fluviatilis süngərləridir.

Süngərlər 4 sinfə bölünür:

1.Əhəngli süngərlər (Calcispongiae və ya Calcarea)

2.Adi süngərlər (Demospongia)

3.Şüşə süngərləri və ya altışüalı süngərlər (Hexactinellida)

4.Homosklerid süngərlər (Homoscleromorpha)

Mənbə[redaktə | mənbəni redaktə et]