Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sürtkü materialları — neftin distillə edilməsi nəticəsində alınan məhsullardır.
Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər.
Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR"), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR"C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR") və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər. Oksidləşmə məhsullarının çoxu korroziyanın əmələ gəlməsinə gətirib çıxarır. Bundan əlavə alkilperoksiradikalların metal səthinə təsiri korroziyaya və yeyiləməyə gətirib çıxarır. Karbohidrohen əsaslı olmayan sürtkü yağlarının oksidləşmə prosesi fərqli yolla gedir: polimer strukturunun parçalanması və polietilenglikolların oksidləşməsi yağın özlülüyünün azallmasına gətirib çıxarır.
Antioksidantlar – oksidləşmə prosesinin qarşısını alan məhsullardır. Antioksidantları iki qrupa bölmək olar: ilkin (radikalları qəbul edən) və ikinci tip (peroksidləri parçalayan). İlkin antioksidantlar radikallarla reaksiyaya girmək üçün sürtkü yağının molekulaları ilə rəqabətə girir, bu da zəncirin artması ilə müşahidə olunur. Onlar radikalların oksidləşmə məhsulları ilə reaksiyaya girir, və nəticədə alınan qeyri-reaktiv radikallar avtooksidləşmə prosesinin inkişafını dayandırır. İknci tip antioksidantlar hidroperoksidləri qeyri-radikal məhsullara çevirir, bununla da zəncirin artmasının qarşısını alır. Sürtkü yağlarının oksidləşməsinin sürətinin maksimal dayandırılması antioksidant və dezaktivləşdiricinin qarışığının istifadəsi ilə təmin edilir.
Mühafizəedici sürtkülər – sürtkülərin iqlim amillərindən, mühafizə olunmuş texnikanın saxlanma şəraitindən, sürtgülərin istifadə məqsədlərindən(maşınların, mühərriklərin, mexanizmlərin və başqa məmulatların səthlərinin daxili və zahiri mühafizəsi üçün) asılı olaraq işlədilir. Iqlim amilləri temperatur, çöküntü əmələ gətirmə, havanın rütubətivə s. ilə səciyyələnir. Mühafizə olunmuş texnikanın saxlanma şəraitləri çox müxtəlif ola bilər. texnikanın bəzi növləri, cihazlar və mexanizmlər daim temperatur və havanın minimum rütubətli binalarda saxlanılır. Bir sıra hallarda mühafizə olunmuş texnikanın saxlanılması üçün qızdırılan binalardan, əksər hallarda isə qızdırılmayan binalardan və örtüklərdən isifadə olunur. Əksər texnikalar açıq meydançalarda saxlanılır. Mühafizə olunmuş texnikanın saxlanma şəraitləri yüngül, orta, sərt və xüsusi sərt şəraitlərə bölünür. Yüngül şəraitlər zəIf rütubətlə təmin olunan və onların yerləşmə yerindən asılı olmayan qızdırılma həyata keçirilən, həmçinin yumşaq və orta iqlim şəraitləri olan qızdırılmayan anbar binalarında yaradılır. Orta şəraitlər ölkənin şimal və onlara bərabər yuyulan rayonlarında, çirkli atmosferi olan sənaye şəhərlərində qızdırılmayan anbar binalarında yaradılır. Sərt şəraitlər texnika örtüklər altında, xüsusi şəraitlər isə açıq meydançalarda saxlanılan zaman yaradılır. əlverişsiz xarici amillərdə(atmosferin yüksək rütubəti və çirklənməsi və s.) texnikanı örtüklər altında saxlayarkən xüsusi sərt şəraitlər yarana bilər.
– Təyinatına və tətbiq şətaitinə uyğun olaraq mühafizə sürtküləri onların səthlərə yapışmasını və üstlərində qalmasını təmin edən yüksək adgeziya xassəsinə malik olmalıdırlar; sürtkü qatından keçərək rütubətin, korroziyalı – aktiv qazların və mayelərin metallara diffuziyasının qarşısını almalı; sürtkülərin oksidləşməsi zamanı əmələ gələn turş məhsullarını neytrallaşdırmaq xassəsinə malik olmalı;sabit olmalı və metalların korroziyasına səbəb olan maddələr tərkibində olmamalıdır. Bəzi mühafizəli sürtkü materialları öz tərkibində kimyəvi aktiv məhsullar saxlayırlar. Bu məhsullar öz mühafizə təyinatını təmin etmək üçün metal səthində sıx hemosorbsiya təbəqəsi əmələ gətirməlidirlər.
– Mühafizə sürtkülər məmulatlarda korroziya proseslərinin yaranmasının və inkişafının qarşısını almağı təmin edən kompleks istismar xassələrinə malikdirlər. Mühafizə sürtkülərinin digər istismar xassələri arasında materialların üstündə sürtkülərin mühafizə təbəqəsi yaratmaq xassəsi həlledici əhəmiyyət kəsb edir. Metalın üstündəki mühafizə təbəqəsi, başlıca olaraq, sürtkülərin tərkibində qatılaşdırıcının və aşqarların olması sayəsində formalaşır. Lakin dispers mühitin özlülüyünün artması ilə sürtkülərin mühafizə xassələri yaxşılaşır. Buna isə daha ağır yağlarda səthi-aktiv maddələrin çox olması kömək edir. Sürtkü yağları əsasında hazırlanmış plastik sürtkülər mühafizə xassələrinə görə yağlardan fərqlənir.
– Ümumi təyinatlı sürtgülərə ГОИ-54п sürtgüləri aiddir. Bu sürtkülər petrolatumu, ДС-11 yağının və serezinin əridilməsi ilə hazırlanır. Tərkibində МНИ-7 aşqarı vardır, suya davamlıdır, sabitdir, yaxşı mühafizə xassələrinə malikdir. Top sürtgüsü qara və əlvan metallardan hazırlanan bütün növ məmulatların zahiri konservasiyası üçün işlədilir.
Neft yanacaqlarından istifadənin ekoloji nəticələri aşağıdakı sahələrdə özünü göstərir:
Daxili yanma mühərrikləri karbohidrogen yanacaqlarının əsas istehlakçılarıdır, onların yanması oksigen istehlak edir və ətraf mühitə zəhərli maddələrlə birlikdə karbon qazı (CO2) buraxır. Hər il təxminən 30 milyard ton oksigen istehlak edilir və atmosferə 50 milyard tondan çox karbon qazı buraxılır. Nəticədə bu maddənin Yer atmosferində konsentrasiyası durmadan artır ki, bu da Yerin udduğu və əks etdirdiyi günəş enerjisi arasındakı nisbətin dəyişməsinə və qlobal iqlim dəyişikliklərinə səbəb ola bilər. Neft məhsulları suya daxil olanda yayılaraq monomolekulyar nazik, dayanıqlı təbəqə əmələ gətirir. Deməli, nisbətən az miqdarda neft məhsulları böyük miqdarda suyu əhatə edir, məsələn, 1 ton neft 10 km2 su səthini təbəqə ilə örtür. Əksər neft məhsulları bioloji yağlarda yaxşı həll olur və hətta bütöv dəri vasitəsilə bədənə asanlıqla nüfuz edir, uzun müddət məruz qaldıqda, həyati metabolik proseslərdə dəyişikliklərə səbəb olur. Karbohidrogenlərin miqdarının artması mühərrik soyuq olduqda, alovlanma həddinə yaxın olan yanan qarışıqdan istifadə edildikdə - çox az və ya zəngin olduqda, həmçinin alovlanma sistemi kifayət qədər səmərəli olmadıqda müşahidə olunur. Karbohidrogenlər və onların atmosfer havasının tərkibində olan maddələrlə qarşılıqlı təsiri zamanı əmələ gələn məhsullar insanlara və heyvanlara çoxşaxəli mənfi təsir göstərir.