Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır. Ona görə də proses uzun çüddət davam etdikdə honalmada olduğu kimi səthdən material ayrılmır və onun keyfiyyətinin yaxılaşması zəifləyir. Sürtmədə deformasiyaya məruz qalan səthin qalınlığı 5 mkm-ə qədər olur.
Əgər diyirlənmə zamanı dənəciyin hərəkəti pozularsa onda o, alət gövdəsinə yapışır və səthi pardaqlamada olduğu kimi çızmağa başlayır. Hamarlanmış səthin parıltısı pozulur. Sürtmə əməliyyatı diqərlərindən onunla fərqlənir ki, bu üsul çox dəqiqdir. Səthin bərkiliyindən asılı olmayaraq ölçü dəqiqliyini 1-ci sinifdə, səthin təmizliyini isə 14-cü sinifdə (Rz=0,03-1 mkm) almaq mükündür. Səthin müstəvilikdən meyillənməsini 0,3 mkm, paralellikdən meyillənməsini isə 0,2 mkm həddində almaq olur. Sürtülmüş səthlər yüksək material həcminə malik olurlar. Əldə edilən kələkötürlük dənəvərlik, sürtkü qatışığının ölçüsü və konsetrasiyasından asılı olur.
Sürtmə aşağıdakı göstəricilərə malikdir:
Sürtmə üçün müsaidə emal olunan səthin forma xətası, ölçü müsaidəsi və həmçinin səthi gərginlik durumu ilə müəyyən olunur. Səth bir və ya iki mərhələdə emal oluna bilər. Pardaqlanmış səthlərdə sürtmə üçün emal payı 20-100 mkm arasında verilir. Yüksək dəqiqlikli dəzgahlarda frezlənmiş və ya yonulmuş səthlər elə bir başa 0,5 mm qədər sürtülməklə emal oluna bilərlər. Bərk xəlitəli kəsici lövhələr iki müxtəlif tərkibli sürtkü qatışığının ardıcıl tətbiqi ilə sürülür. Dənəvərliyi 30 mkm olan SiC ilə ilkin sürtmədən sonra pəstah yuyulur və narın dənəvərlikli (18 mkm) SiC və ya B4C (12 mkm) ilə sona çatdırılır. Çıxarılan materialın həcmi 5-20 mkm /dəq arasında yerləşir.
Praktikada tətbiq olunan sürtmə üsulları aşağıda verilmişdir:
Onlar emal olunan səthin həndəsi formasından və texnoloji imkanlara görə qruplaşdırılırlar. Burada alət disk və ya oymaq şəklində hazırlanır.