Süzüt kanalı

Süzüt kanalıNaxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal kəndi yaxınlığında tarixi abidə.

Süzüt kanalı
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Culfa rayonunun Gal kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Süzüt kanalı (Azərbaycan)
Süzüt kanalı

Süzüt çayından Süzüt bağlarına çəkilmişdir. Kəndin aşağısında çayın qarşısı bəndlə kəsilərək su təqribən 3,5 metr yüksəkliyə qaldırılmış və torpaqda qazılmış kanalla bağlara aparılmışdır. Hazırda kanalın qalıqlarının eni 2 metr, dərinliyi isə 1,5 metrdir. Su kanalının çayın üzə rindən keçirilərək aparılması onun tikinti sində mühəndis məharətinin mühüm rol oynadığını göstərir. Kanal çayın üzərindən onun sağ kənarındakı qayalığa söykənən xüsusi bəndin köməkliyi ilə keçirilmişdir. Bəndin tikintisində yonulmuş daşlardan və əhəng məhlulundan istifadə olunmuşdur. Bəndin qalıqları hazırda qalmaqdadır. Kanalın ətrafından aşkar olunan keramika məmulatı onun I əsrdən başlayaraq fəaliyyət göstərdiyini təsdiq edir. Su kanalı XIX əsrədək bərpa olunmaqla istifadə olunmuş, lakin XX əsrdə onun bərpası üçün göstərilən cəhd uğursuz olmuşdur. Süzüt kanalından I-XX əsrlər ərzində istifadə olunmuşdur.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.427-428  (az.)