Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir.
Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir.
Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur (P > MR = MC). Bu bazarda firma mənfəətini maksimumlaşdırmaq üçün marjinal xərcləri (MC) marjinal gəlirlərinə (MR) bərabər olduğu səviyyədə istehsal etməlidir. Əgər onun marjinal gəlir və xərcində hər hansı bir dəyişiklik olarsa qiymətdə buna uyğun dəyişməlidir. Lakin Sınıq tələb əyrisi oliqopol bazar modelində marjinal xərc və marjinal gəlirlərdə baş verən dəyişikliklər qiymətə təsir edə bilmir. Bu bazarda bir firmanın qiyməti yüksəltməsinə digər firmalar heç bir reaksiya vermir. Firma qiyməti aşağı saldıqda isə digər firmalarda alıcı kütləsini itirməmək üçün qiyməti aşağı salırlar.
Bəs bu modeldə niyə firmalar qiymət dəyişdirmirlər?
Bu səbəbdən firmalar marjinal xərcləri azalsa da, artsa da qiyməti dəyişmirlər. Tələb əyrisinin sınıq olmasının və marjinal gəlir (MR) əyrisinin kəsik olmasının səbəbi də budur.
https://www.facebook.com/Infilyasiya/