Sıxçiçəkli bellevaliya (Yabanı sünbülçiçək)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5 -2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5 – 1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir. Erkəkcik çiçəkyanlığının əsnəyinə birləşmişdir.Tozcuq sarıdır [1][2][3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüfedir. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta və yuxarı dağ qurşağında, subalp və alp çəmənliklərində,rütubətli çəmənlərdə bitir [1][2][3][4].

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu, Batbat və Kükü kəndi ərazilərində) [1][2][3][5][6][7].

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur [1][2][6][7].

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədiilə heç bir tədbir görülmür. Ysaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  3. 1 2 3 Флора Азербайджана, 1952
  4. Ибадлы О.В. 2005
  5. Конспект флоры Кавказа, 2006 
  6. 1 2 Naxçıvan MR-in Qırmızı Kitabı, 2010
  7. 1 2 Tərtibçilərin məlumatları