Sıxyarpaq gəvən (lat. Astragalus pycnophyllus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Sıxyarpaq gəvən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Cənub və Orta Asiya, Qafqaz, İran və Türkiyədə təbii şəraitdə yayılmışdır.
Hündürlüyü 20-50 (80) sm, ağımtıl-boz tükcüklü koldur. Qalın gövdələri (4-8 sm) yerin səthinə yaxın yerləşir. Yarpaqları oval, yarpaqcıqların miqdarı 10-80 ədəddir. Açıq-sarı çiçəklərinin diametri 2-3 sm, uzunluğu 8-10 sm, çiçək tacı qayıqcıq, mərkəzi hissəsi bir az daralmışdır.
Orta və yuxarı dağ zolaqlarında, quru, daşlı sahələrdə, çox vaxt 1650 m hündürlükdə, bəzi yerlərdə isə daha yuxarı ərazilərdə bitir.
Lerik və Lənkəranda dar arealda yayılmışdır.
Bitkilər qatran-ağac yapışqanı ilə zəngindir və çeynənən saqqızın xammalıdır. Qatranda iltihab əleyhinə polisaxaridlər, nişasta, selikli maddələr, şəkər və boyalar, az miqdarda üzvi turşular və azot birləşmələri vardır. Xalq təbabətində saqqızı sidikqovucu, bəlğəmgətirici vasitə kimi qədimdən istifadə edilir. 10%-li məhlulu ürək çatışmazlığında, hipertoniya və böyrək xəstəliklərində istifadə edilir. Toxuculuq sənayesində də istifadə edilir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov