Sızma cərəyanından mühafizə avtomatı

Nominal cərəyan dəyəri 40 A olan 3 fazlı sızma cərəyanından mühafizə avtomatı (IΔn 0,03 А və ya 30mA)

Sızma cərəyanından mühafizə avtomatı — Elektrik sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kəsən qurğu. Bu qurğuların elektrik birləşməsi dövrəni avtomatik və cəld bir şəkildə ayırmağa xidmət edir.[1] Faza və neytral keçiriciləri arasında bir uyğunsuzluq yəni fərq yarananda dövrə ayrılır.[2] Cərəyan sızması elektrik cərəyanının keçdiyi kabellər və elektrik avadanlıqların izolyasiya hissələrinin köhnəlməsi nəticəsində və ya xətalı izolyasiyaya görə keçirici hissələrin açıqda qalan hissələrinə əllə və ya bədənin hər hansı üzvü ilə birbaşa və ya başqa keçirici cismlə təmasdan yaranır.[3]

İşləmə prinsipi[redaktə | mənbəni redaktə et]

Sızma cərəyanından mühafizə avtomatının sökülmüş hissələri
Üç fazlı sızma cərəyanından mühafizə avtomatının işləmə prinsipi

Əgər sistemdə bir sızma yoxdursa, torodial ölçü transformatoru içərisindən keçirilən faz və nol keçiriciləri, bərabər miqdarlı və əks istiqamətli cərəyana malik olurlar. Ölçü transformatoru içərisindən keçən toplam cərəyan dəyəri sıfır olduğuna görə, ölçü transformatoru üzərində hər hansı bir maqnit seli yaranmaz.

Əgər sistemdə bir sızma cərəyanı yaranarsa, faz üzərindən keçən cərəyan miqdarının hamısı nol üzərindən geri qayıtmadığı üçün faz və nol cərəyanlarının cəmi sıfır olmaz. Aradakı fərq cərəyanı ölçü transformatoru üzərində bir maqnit seli yaradır. Bu maqnit seli isə sarğı üzərində bir cərəyan yaradır. Yaranan bu cərəyan idarəetmə dövrəsinin elektromaqnit bobinini (makara) hərəkətə keçirir. Bununla da, cihazın qapalı olan əsas güc kontakları açıq vəziyyətə keçərək faz və nol keçiriciləri ilə şəbəkəni bir-birindən ayırır.

Cihaz üzərində ayrıca bir test düyməsi mövcuddur. Test düyməsi sayəsində faz və nol keçiriciləri arasında bir qısa dövrə yaradılaraq, cihazın işləyib- işləmədiyi yoxlanılır. Montaj edilmiş və gərginlik verilmiş bir sızma cərəyanından mühafizə avtomatı qapalı vəziyyətdə olarkən, test düyməsinə basılınca idarəetmə mexanizmi hərəkətə keçməli və kontaktlar açıq vəziyyətə gəlməlidir.[4]

Həssaslığı[redaktə | mənbəni redaktə et]

Sızma cərəyanından mühafizə avtomatının həssaslığı sızma əməliyyat cərəyanı kimi ifadə edilir və IΔn ilə qeyd edilir. Verilmiş qiymətlər IEC tərəfindən müəyyənləşdirilib və IΔn dəyərinə uyğun olaraq bu avtomatlar mümkün üç qrupa bölünür.[3][4]

  • Yüksək həssaslıq (YS): 5** – 10 – 30 mA (insan həyatının mühafizəsi üçün),
  • Orta həssaslıq (OS): 100 – 300 – 500 – 1000 mA (yanğından mühafizə),
  • Aşağı həssaslıq (AS): 3 – 10 – 30 A (cihazların qorunması üçün).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ken Oldham Smith; John M. Madden. Electrical Safety and the Law. John Wiley & Sons. 15 April 2008. 186–. ISBN 978-0-470-77746-6. 19 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2018.
  2. Joachim H. Nagel; William M. Smith. Proceedings of the Annual International Conference of the IEEE Engineering in Medicine and Biology Society. IEEE. 1991. ISBN 978-0-7803-0216-7.
  3. 1 2 "Kaçak Akım Koruma Rölesi" (türk). voltimum.com.tr. 1 avqust 2017. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun,2018.
  4. 1 2 "Kaçak Akım Rölesi Nedir?" (türk). elektrikrehberiniz.com. 26 mart 2013. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun,2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]