Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi oğlu (1837-1916) - Osman Vəlizadənin oğlu.
Səadəddin Əfəndi Müftizadə | |
---|---|
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi oğlu | |
1894 – 1916 | |
Vəzifədədir | |
1868-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi |
Səadəddin Əfəndi Molla Vəli Vidadinin nəvəsi, M.P.Vaqifin qız nəvəsidir. Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdur. Dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868-ci ildə Şuşa qəzasında sünnü qazi vəzifəsinə təyin olunmuşdur. 1878-ci ildə Qazax əhalisi cəyirtikə ilə mübarizəyə cəlb edə bildiyinə görə 1882-ci ildə lentli “Müqəddəs ana” gümüş medalı ilə təltif edilmişdir.
1894-cü ildən ömrünün sonuna kimi Qazağın qazisi olmuşdur. Səadəddin Əfəndi varlı adamlardan sayılmış I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırı, sürüsü olmuşdur. 1916-cı ildə vəfat etmiş II Şıxlı qəbiristanlığında dəfn edilmiş, qəbri Müftü Osman əfəndinin oğlu Məhəmməd əfəndinin qəbrinin yanındadır.[1]
Qızı Güləndam xanım Alay bəy Şıxlinski ailə qurmuşdu. Digər qızı Badisəba xanım Alay bəy Şıxlinski əmisi oğlu Qiyas bəy Şıxlinski evlənmişdir. Alay bəy Şıxlinski bəylə Qiyas bəy Şıxlinski bacanaq idi.[2]