Səadət Əliyeva (13 sentyabr 1986, Bakı) — azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru.[1]
Səadət Əliyeva | |
---|---|
Səadət Namiq qızı Əliyeva | |
Vəzifədədir | |
13 mart 2017-ci ildən | |
Əvvəlki | Fərid Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1986 (38 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | alim |
Uşağı | 4 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Britaniya uşaq ədəbiyyatı |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Səadət Əliyeva 1986-cı il 13 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir.[1]
2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat səviyyəsini Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura səviyyəsini Dilşünaslıq (ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2017-ci illərdə Azərbaycan Universitetində "Dünya ədəbiyyatı" ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə "Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri" mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[1]
İngilis, alman və rus dillərini bilir.
Ailəlidir, dörd övladı var.
Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlamışdır. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Böyük Britaniyanın Ardinqli Kollecində elmi tədqiqat ilə məşğul olmuşdur. 2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərmişdir. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.[1][2]
Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatına yönəlmişdir. O "İpək yolu" və "Çağlayan" jurnalının baş redaktoru və Midlseks Universiteti tərəfindən çap olunan "Children's Literature in Education Journal"ının redaksiya heyətinin üzvüdür.[1]