Səadət Kərimi

Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi, d. 17.11.1970, Göyçay ş. Azərbaycan SSR) — İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent.

Səadət Kərimi
Səadət Məmməd qızı Kərimi
Doğum tarixi (53 yaş)
Doğum yeri GöyçayAzərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Məmməd Soltanov
Milliyyəti azərbaycanlı
İxtisası fizika-riyaziyyat
Təhsili Sankt-Peterburq Dövlət Universiteti

Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir.

1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.

2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir və hal-hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Çox sayda elmi əsərlərin müəllifidir.

İsveçdə Stokholm, Umea və Göteburq Universitetlərində Dil və Ədəbiyyat Fakultəsində İsveç və İngilis dilləri üzrə filoloji təhsil almış və master dərəcəsinə yiyələnmişdir. O həmçinin Umea Universitetində Pedagogika, Sosiologiya və Huquq elmlərinə master dərəcəsinədək yiyələnmişdir.

Səadət Kərimi yaşadığı ölkədə həyat yoldaşı ilə bərabər Azərbaycanın milli maraqları uğrunda aktiv fəaliyyət aparır. Dəfələrlə Azərbaycanın milli, mədəni və siyasi problemlərinə aid konfranslarda çıxış etmişdir. Həm Azərbaycan, həm də İsveç qəzetlərində Azərbaycan xalqının milli-mənəvi mövzularına aid məqalələri dərc olunmuşdur. Həyat yoldaşının yaratdığı “Araz” kültür dərnəyində fəaldır.

İsveçdəki Azərbaycan Federasiyasının İdarə Heyətinin sədr müavinidir. AFİ nəzdində xalqımızın mənafeyini qoruyan mövzularda, milli-mədəni irsimizi təbliğ edən mövzularda həmçinin Azerbaycanın Avropa ilə inteqrasiyasına aid mövzularda konferans ve seminarların təşkilatçılarındandır. Onlardan “Dağlıq Qarabağın işğalı” və “Xocalı Soyqırımı”- na aid seminar ve piketlər, Cənubi Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Hərakata aid seminar ve konferanslar; “21 Azər hərakatı”; Cənubi Azərbaycanda Azərbaycan Türkçəsinin rəsmi dil və təhsil dili olmasına aid seminarlar; İsveçdə ana dilimizin tədrisinə aid seminarlar; Türk Dünyasında və ayrıca Azərbaycan cəmiyyətində qadının rolu, Azərbaycan Qadının Cəmiyyətdəki roluna aid konfranslarda, Cavad Heyətin vəfatı münasibətilə onun yaradıcılığına, onun Cənubi Azərbaycanda Milli Oyanış hərakatındakı önəminə, Türk varlığın önə verilməsində olan roluna aid konfranslarda iştirak etmişdir.[1]

Səadət Kərimin Azərbaycan xalqının mənafeyi uğrunda çalışdığı ən böyük layihələrdən biri İsveç Parlamentində 2017- ci ilin 9 May tarixində Azərbaycanın tarixçi alimi İsmayıl Xaqaninin iştirakı ilə keçirilən “31 Mart 1918– Azərbaycanda Soyqırım Günü” konferansının isveç və ilgilis dilində birbaşa aparması idi.

2017-ci ildə “Azərbaycanın Milli və Siyasi İdeologiyası haqqında” adlı kitabı nəşr olunmuşdur.

2018-ci ilin mart ayında Hyresgäster adlı yeni kitabı İsveçdə nəşr olunub İsveç oxucularının ixtiyarına verilmişdir, İsveçdə yaşayan görkəmli Azərbaycanlı yazarı Vahid Qazinin “Çöl Qala” romanını İsveç dilinə tərcümə etmişdir.

2018-ci ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük və təntənəli keçirilməsinə çox çalışmışdır. Tədbirlərdən bir neçəsi may ayında Azərbaycandan tarixçilərin iştirakı ilə konfrans təşkil etmək. AXC 100 illiyinə həsr olunmuş tarixçi alimlər Adalat Tahirzadə və Dilqəm Əhmədin yazdığı kitabı İsveç və İngilis dilinə tərcümə etmişdir. REPUBLIKEN AZERBAJDZJAN (1918-1920) - den första demokratiska staten i Muslimska Östadlı həmin kitab 2018-ci ilin aprelində nəşr olunmuşdur və İsveçdə və digər Avropa ölkələrində geniş yayımlanmaqdadır.

Ailəlidir, iki övladı var.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Səadət, Kərimi. 2017. Azərbaycanın Milli və Siyasi İdeologiyası haqqında. Bakı, 2017. Elm və Təhsil. 112 səh. İSBN 978-9952-8176-4-5
  • Karimi, S., Zamanov, A. (2013) Stability of a fiber surrounded by two shells in an elastic matrix. Mechanics of composite materials, 49(5): 723-736
  • Akbarov, S., Karimi, S. (1998). A Stability of the fiber surrounded by two subsequental shells in the elastic matrix.1998. Series of Physical-Technical and Mathematical sciences, Vol. XVIII, nr 3-4, s. 115s. 162-166
  • Karimi, Saadat. (2003). Dyskalkyli och andra matematiksvårighete Umeå universitet, Teknisk-naturvetenskapliga fakulteten, Institutionen för matematik och matematisk statistik.
  • Karimi, Saadat et.al. (2015). Effects of dried licorice extract with low-calorie diet on lipid profile and atherogenic indices in overweight and obese subjects: A randomized controlled clinical trial European Journal of Integrative Medicine, May 2015, Vol.7(3), pp.287-293
  • Karimi. Saadat (2012). Utvecklingen av ryska språket och Trediakovskijs roll i den utvecklingen.Umeå universitet, Humanistiska fakulteten, Institutionen för språkstudier.
  • Karimi, Saadat (2016) Påverkan av vuxna inlärares ordinlärningsstrategier vid ordinlärningen i svenska som andraspråk(in Swedish)
  • Saadat, Karimi and Surkhay Akbarov (1999)On Determination of Stress Condition In The Infinite Anisotrop Body Containing Two Neighbouring Periodically Curved Fibers. Transactions Of Academy of Sciences Of Azerbaijan , Series of Physical-Technical And mathematical Sciences , Volume XIX , nr 5, 1999, Vol. XIX, Iss. 5, p. 151-159.
  • Karimi, Saadat, et.al. Mathematical modeling of the Ni(II) removal from aqueous solutions onto pre-treated rice husk in fixed-bed columns: a comparison. A part of Desalination and Water Treatment, Publ. Taylor & Francis 11 September 2015, p.1-12
  1. "Vahid Qazinin romanı İsveçdə çap olundu". 2018-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.