Səbətçilər qəsri

Səbətçilər sarayıİstanbul Eminönü ilçəsində, Sarayburnunda olan bu saray, Topqapı Sarayının Sarayburnunda olan iki sahil köşkündən biridir.

Səbətçilər sarayı
Sepetçiler Kasrı
Xəritə
41°00′59″ şm. e. 28°58′52″ ş. u.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul
Sifarişçi Osmanlı sultanları
Tikilmə tarixi 1591
Üslubu Osmanlı
Səbətçilər sarayı (İstanbul)
Səbətçilər sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1591-ci ildə Sultan III Murad zamanında Memar Davud Ağa tərəfindən tikilmişdir[1]. Qəsrin tikintisində istifadə edilən materiallar müxtəlif yerlərdən xüsusi olaraq gətirilib. İnşa edildiyi dövrdə Topqapı Sarayı sərhədləri içində qalan qəsr, Sultan I Mahmud dövründə də (1574–1595) yenilənmişdir. Bu qəsrin eyni zamanda padşahlara məxsus qayıqların bağlandığı bir yer olduğu və padşahların donanmanın səfərə çıxışını və qayıdışını buradan izlədikləri məlumdur.

Tikintisində Dalğıc Əhməd Paşa ilə nəqqaşbaşı Lütfü Ağa da iştirak etmişdilər[2]. Tikildiyi yerdə daha əvvəl Bəyazid Köşkü var idi. Sədrəzəm Sinan Paşanın təlimatı ilə tikildiyi üçün qəsrə Əlisinanpaşa qəsri də deyilmişdir. Osmanlı dövründə tikilmiş mülklərin ən görkəmlilərindən olan Səbətçilər qəsri ilə bağlı müxtəlif məlumatlar var. Bunlardan birinə görə, Ədirnə sarayında qaldırılmış fevkani quruluşlara səbətçi və ya sultani adı verildiyindən bu qəsrə Səbətçi deyilmişdir[3].

Səbətçilər qəsri kəsmə daşdan kvadrat planlı, üstü tağlı dörd guşəsi eyvanlı bir quruluşa malikdir. Bu günbəz taxta olub, dam içərisində yerləşdirilmişdir. Üstü günbəzli olan kvadrat məkandan çıxmalarla eyvanlı hissələr yarım kvadrat plandadır. Bu məkanın qarşısında üç hissəli ortası günbəzli, iki yəni tonozlu bir giriş hissəsinə yer verilmişdir. Bu məkanın altında xidmət hissələri var.

Səbətçilər qəsrinin İstanbul həyatında saraya aid əhəmiyyəti yerə məxsus qayıqların olduğu yerdə olmasıdır. Dəmir yolu keçməkdən əvvəl sultanların qayıqları burada qorunurdu. G. J. Grelot burada qayıqlar və kiçik savaş gəmiləri üçün 5-6 anbar olduğunu yazmışdır. Bu qayıqlar üçün anbarlar Səbətçilər qəsrinin göstərən bütün rəsm və fotolarda yer almışdır.

Cümhuriyyət dövründə hərbi dərmanlar anbarı kimi istifadə edilən qəsr, bərpadan əvvəl tamamilə əvvəlki vəziyyətini itirmişdi. Vəqflər Baş İdarəsi tərəfindən 1980-ci ildə aparılan bərpadan sonra Mətbuat Yayım Baş İdarəsinin Beynəlxalq Mətbuat Mərkəzi olaraq istifadə edilmişdir. Eminönü Xidmət Fondu 1998-ci ildə qəsrinin bərpa etmişdir. Mətbuat Mərkəzi istifadənin sonra restoran, bar kimi fərqli sahələrdə xidmət göstərən Səbətçilər qəsri, 2011-ci ilin iyun ayına qədər Avropa Mədəniyyət Paytaxtı Layihə Ofisi kimi istifadə edilmişdir[4].

  1. Sultan III. Murat zamanında Mimar Davut Ağa tarafından yapılmış ve kullanılan malzemeler çeşitli yörelerden özel olarak getirilmiştir. [ölü keçid]
  2. Osmanlı döneminde yapılmış köşklerin en görkemlilerinden olan Sepetçiler Kasrı’nın bulunduğu yerde padişahlara ait kayıklar bulunuyordu. [ölü keçid]
  3. "Sepetçiler ismi nereden geliyor?". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-18.
  4. Sepetçiler Kasrı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]