Səba dövləti

Səba dövlətiYəmən ərazisində bizim eradan əvvəl II minilliyin sonundan — 115-ci ilə qədər mövcud olmuş tarixi dövlət.

Tarixi[redaktə | mənbəni redaktə et]

Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi.

Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.

Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.

Eramızın 3-cü əsrinin sonuna yaxın kral Şamir Yuhariş (görünür ki, ilk real tarixi şəxsiyyət olub və şöhrəti İslama qədər yayılıb) "Səba, Zu Raydan, Hadramaut və Yəmənətin kralı" titulunu qəbul edir. Bundan sonra Hadramaut öz siyasi müstəqilliyini itirir və bütün cənub qərbi Ərəbistanı idarə edən Səba dövlətinin idarəsi altına keçir. 4-cü əsrin ortalarında krallıq Şərqi Afrika sahillərindəki Aksum krallığı tərəfindən müvəqqəti tənəzzülə uğrasa da, əsrin sonunda yenidən öz gücünü bərpa edir, lakin növbəti iki il ərzində Səbailər Fars macəraçıları və Müsəlman lərlə qaynayıb qarışaraq öz mövcudluqlarını itirdilər.

Makedoniyalı İsgəndərin vəfatından sonra onun sərkərdələrindən biri Misirdə bir dövlət təsis etdi. Onun sonrakı nəsilləri bir müddət bu məntəqədə hakim oldular. Bu sülalədən hakimiyyətə çatan şəxslər Ptolomey adlanırlar. Ptolomeylər sülaləsi yavaş-yavaş Səbailərin ticarət yollarını ələ keçirdilər. İqtisadi vəziyyətin pisləşməsi bir tərəfdən daxildə mövcud olan çətinliklər, digər tərəfdən də Səba dövlətinin vəziyyətini təhlükəyə salmışdı. Beləliklə eramızdan əvvəl 115-ci ildə Səba dövlətinin mövcudluğu sona yetdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]