Səbinə Əhmədova

Səbinə Namus qızı Əhmədova (d.22 iyun 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, mətnşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Baş mühafizi[2].

Səbinə Əhmədova
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
Uşağı Almaxanım
İxtisası islamşünas
Təhsili Bakı İslam Universiteti[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Səbinə Əhmədova 1980-cı il iyun ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 1986- cı ildə birinci sinfə getmiş, 1995-ci ildə Suraxanı rayonundakı 290 saylı orta məktəbin 9-cu sinfini bitirmişdir.

1998- ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuş, 2002- ci ildə “ibtidai təhsil” ixtisası üzrə oranı bitirmişdir,

2003-cü ildə Bakı İslam Universitetinə qəbul olub, 2008-ci ildə oranı islamşünas, tərcüməçi-müəllim və tərcüməçi(fars) ixtisası üzrə bakalavr-magistr pilləsini bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent, elmlər doktorluğu üzrə dissertantdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, bir oğlu, bir qızı var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • 2006-cı ildə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında müəllim vəzifəsində çalışmış, eyni zamanda fars dilindən ibtidai siniflərdə 0,5 dərs yükü həcmində müəllim kimi fəaliyyət göstərmişdir.
  • 2014-cü ilin sentyab ayından AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsində böyük elmi işçi vəzifəsini icra edir.
  • 2018-ci ildə “Hüseyn Nadim Naxçıvaninin ədəbi irsi” mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını almışam. 5 kitab və monoqrafiyanın, 25 elmi məqalənin müəllifidir.
  • "Hüseyn Nadim Naxçıvaninin Həzrət Fatiməyə (s.ə) ithaf etdiyi növhə və sinəzənlər" Pedaqoji Universitet Xəbərləri, №4, Bakı, 2014. 262-267 s.
  • "Azərbaycan ədəbiyyatında ilahiyyat fəlsəfənin rolu" Azərbaycann Müəllimlər İnstitutu, Elmi-Metodik jurnal, №1, 2015. 120-124 s.
  • "Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında Kərbəla faciəsinin poetik təcəssümü" Dövlət və Din, ictimai fikir toplusu, №2 (31), fevral, 2015. s. 91-95
  • Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında İmam Hüseyn obrazının tarixi-poetik səciyyəsi Dövlət və Din, ictimai fikir toplusu, №7 (36), iyul, 2015. 54-58 s.
  • "Hüseyn Nadim Naxçıvaninin poetik irsi" AMEA Xəbərlər, Humanitar Elmlər seriyası, №1, 2015. 63-66 s.
  • "Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında İmam Hüseyn obrazı" “Xudafərin” aylıq jurnal, №150, fərvərdin, 1396. 54-61 s.
  • "Hüseyn Nadim Naxçıvaninin lirikası" Filologiya məsələləri, №5, Bakı, 2017. 355-361 s.
  • "Hüseyn Nadim Naxçıvaninin yaradıcılığınada Kərbəla olayının təcəssümü" “Xudafərin” aylıq jurnal, №151, ordibeheşt, 1396. 66-70 s.
  • Hüseyn Nadim Naxçıvaninin dili “Dilçilik İnstitutunun əsərləri”, №1, Bakı 2017. 37-46 s.
  • Hüseyn Nadim naxçıvaninin yaradıcılığında Həzrət Fatimə(s.ə) obrazı “Ədəbiyyat məcmuəsi”, XIX cild, №1, Bakı, 2017. 285-287 s.
  • Hüseyn Nadim Naxçıvaninin dini-fəlsəfi şeirləri Dil və Ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal 2 (102), Bakı, 2017. 108-117 s.
  • Hüseyin Nadim Nahçıvaninin dönemi, hayatı ve eserleri. (turk dilində) «Башкирский Государственный Университет» филологические науки: Взгляд молодого ученого. Сборник материалов международной научно- практической конференции, посвященной году экологии в РФ и году экологии и особо охраняемых природных территорий в РБ, 85-летию со дня рождения народного поэта Башкортостана Рами Гарипова. 381-394 s.
  • Hüseyn Nadim Naxçıvani`nin hayatı ve eserleri hakkında Kültür Evreni, №31, Ankara, 2017. 98-103 s.
  • Literary heritage of Hussein Nadim Nakhchıvanı and Literary Quality of His Creativity AMEA Xəbərlər, Humanitar Elmlər seriyası, №2, Bakı, 2017. 120-126 s.
  • Nadimin ədəbi irsinin məzmun və motivləri. Sivilizasiya. Bakı Avrasiya Universiteti cild 6, №3, 2017(35). 136-143 s.
  • Nadimin əsərlərinin əlyazma nüsxələri və nəşri. Humanitar elmlərin aktual problemləri, BSU, Bakı, 2018.№4 122-126 s.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Şeyx Həsən Mollazadə Gəncəvi. Kitabi-bəsirət və siracül-əfkar.( transfoneliterasiya, tərtib,ön söz, lüğət və izahlar) Bakı, MBM, 2015. 112 s.
  • Əlabbas Müznib “Muxtarnamə” (transfoneliterasiya,tərtib, ön söz, lüğət və izahlar) Bakı, Ecoprint, 2017. 264 s.
  • Hüseyn Nadim Naxçıvaninin həyatı, mühiti və yaradıcılığı. Bakı, Ecoprint, 2018. 256 s.
  • İskəndər Bəy Məlikov “Yaxşılığa yamanlıq” (transfoneliterasiya, tərtib,ön söz, lüğət və izahlar) Bakı, Ecoprint 2019. 100 s.
  • Qarabağ ədəbi-mədəni mühiti. XIXəsrin ikinci yarısı, XXəsrin əvvəlləri (monoqrafiya), Bakı, Ecoprint 2019. 298 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Milli Elmlər Akademiyası". science.gov.az. Archived from the original on 2020-02-03.
  2. "AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu". gencalimler.az. 3 fevral 2020 tarixində arxivləşdirilib.