Səbinə Hacıyeva (aktrisa)

Səbinə Sabir qızı Hacıyeva (16 noyabr 1983) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018).

Səbinə Hacıyeva
Səbinə Sabir qızı Hacıyeva
Doğum tarixi (39 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015

Həyatı[redaktə | mənbəni redaktə et]

1999–cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "magistratura" pilləsinin "Mədəniyyətşünaslıq" fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir. 16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır. O, B.Xanızadə "Şərqə səyahət" – (Hind qızı), M.Mkusabəyov "Şəngül, Şüngül, Məngül" – (Küpəgirən qarı, Məngül), B. Xanızadə "Eşq" (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov "Maska" – (Qadın), A.Ekzüperi "Balaca Şahzadə" – (Qızılgül), A.Kamyu "İnsan" – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov "Korlar" – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şairə) filmində çəkilmişdir. S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 "Novruz" Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Cavid ömrü (film, 2007)
  2. Sonuncu dərviş (film, 2009)
  3. Xoxan (film, 2014)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.