Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır.
Dözüm qalası | |
---|---|
Fort Lijdzaamheid | |
Tikinti yerinin tarixi | |
Tikilib | 1967 |
Qarnizon informasiyası | |
İcarəçilər | Niderlandlar (1697-1868) |
Vikianbarda əlaqəli mediafayllar | |
Rəsmi adı | Fort Patience (Fort Leydsaemheyt) |
Tipi | Mədəni |
Kriteriya | (vi) |
Tarixi | 1979 (3-cü sessiya) |
İstinad nöm. | 34-003 |
Ölkə | Qana |
Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar.[1] Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər.[2]
Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi.
1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi.[3]
Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi. Qala 1701-1721 illəri arasında Niderlandiya tərəfindən şimal-qərbdə və cənub-şərqdə bir yerləşən bir yarım-bazaya çevrildi. Tikili həmçinin polis məntəqəsi və poçt şöbəsi kimi də xidmət etmişdir.[4]
9 Aprel 2008-ci ildə Apam Gənclər və İnkişaf Dərnəyi Milli Muzeylər və Abidələr Şurasına, Hollandiyanın Qanadakı Səfirliyinə, Qomoa əyalət Məclisinə və digər səlahiyyətli tərəflərə Səbir qlasının daha da ziyan görməsinin qarşısını almaq üçün təcili addımlar atılması ilə bağlı müraciət etdi.[5]