Səbuhi Cəfərov

Səbuhı Aslan oğlu Cəfərov — tarzən, Azərbaycan Respublikasının əməkdar artisti (2019), Azərbaycan Milli Konservatoriyasinin dosenti, əməkdar kollektiv S.Rüstəmov adına xalq çalqı alətləri orkestrinin konsertmeysteri-solisti, "Qızıl qələm" media mükafatı.

Səbuhi Cəfərov
Səbuhı Aslan oğlu Cəfərov
Ümumi məlumatlar
Doğum tarixi ci il (55 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2019

Həyatı[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Azərbaycan Respublikasinin Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Musiqi Akademiyasıni (1990-1995) fərqlənmə diplomu ilə bitirən Səbuhi Cəfərov həmin ildən Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır. Tələbələri dəfələrlə respublika müsabiqələrində laureat olmuş: 5 Beynəlxalq müsabiqədə laureat, 3 respublika müsabiqəsində  "Qran Pri" mükafatına, 2  tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə I və II yerlərə layiq görülərək laureat adını qazanmışdır. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə "Fəxri fərman"la təltif olunmuşdur. Respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin tərkibində və eləcə də 2020-ci il 17-24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən "World Harmony" Beynəlxalq müsabiqiəsində münsiflər heyətinin tərkibində olmuşdur. Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Ittifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə "Qızıl qələm" media mükafatı adına layiq gorülmüşdür.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərarı ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır.

06 Noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. iki övladi var.

İfaçılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pedaqoji  fəaliiyyətlə yanaşı ifaçılıq fəaliyyətinə xüsusi önəm verən Səbuhi Cəfərov 1993 – cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində konsertmeyster – solist vəzifəsində fəaliyyət göstərir. S.Ələsgərovun " 3 saylı Konsert"inin ( ilk ifa 1994), Firəngiz Babayevanın tar ilə orkestr üçün "Konsert" inin (ilk ifa 1994), Xalq artisti N.Əzimovun "Xatirə" əsərinin (ilk ifa 1997), əməkdar müəllim A.Yusifovanın "Alov fantaziyası" əsərlərinin ilk ifaçısı olmuşdur (hər iki əsər S.Cəfərova ithaf olunub).  H.Xanməmmədovun I və II tar konsertlərini (1999, 2004) , C.Cahangirovun tar "Konsert"ini (2005), S.Rüstəmovun tar "Konsert"ini (2006), F.Əmirovun "Sevil" operasından Balaşın və Sevilin ariyalarını, S.Ələsgərovun "Vətənimdir", C.Finanın "Bumble Bugi", Pikə Axundovanın "Qəlbimin səsi", S.Ələsgərovun ''Daimi hərəkət'', R.Mirişlinin "Yandım elə yandım", "Bir könül sındırmışam", C.Cahangirovun "Ana", "Bayatılar", S.Rüstəmovun "Oxu tar". Q.Hüseynlinin "İlk məhəbbət", V.Adıgözəlovun "Qərənfil", N.Əzimovun "İşıqlı dünyamsan", O.Kazımovun "Nə gəlməz oldun", Q.Qarayevin "7 gözəl" baletindən "Ayişənin rəqsi", V.Adıgözəlov "Bakı", R.Korsakovun  "Çar Soltan haqqında nağıl" operasından "Mozalanın uçuşu" (yeri gəlmişkən texniki baxımdan yüksək ifaçılıq məharəti tələb edən bu əsər 60 saniyəyə ifa olunmuşdur, tar ilə xalq çalğı alətləri orkestri üçün işləyəni Səbuhi Cəfərov), H.Rzayevin "Çahargah rapsodiyası"nı  (tar, kanon və xalq çalğı alətləri orkestri üçün işləyəni Səbuhi Cəfərov) və bu kimi çoxlu sayda Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşaiyəti ilə Tele-Radionun fondu üçün lentə yazdırmışdır. Tar və kanon ifaçılığı tarixində ilk dəfə olaraq, H.Rzayevin "Çahargah rapsodiyası"nı (1997) , F.Əmirovun "1001 gecə" baletinin mövzuları əsasında "1001 gecəni düşünərkən" adli əsərini, T.Quliyevin "Sevinc" mahnısını tar, kanon və f-no üçün, A Bızovun ''Şa-Ştil'' əsərini tar,kanon,kamança və fortepiano kvarteti üçün, A.Sıqankovun'' Dyan-Dya'' əsərini 2 tar,2 kamança,kanon və fortepiano seksteti üçün işləmişdır. S.Cəfərov, eyni zamanda "Rahab", "Orta – Mahur", "Bayatı-Kürd", "Çahargah", "Bayatı-Şiraz", "Şahnaz", "Mirzə-Hüseyn segahı", "Şüştər", "Hümayun", "Xaric Segah", "Çoban-Bayatı", "Nəva" muğamlarını, eləcə də "Sayadı""Səməni" xalq rəqslərini respublikanın xalq artisti, professor Şəfiqə Eyvazova ilə birgə lentə yazdırmışdır.

Xalq artisti R.Mirişlinin "Yandım  elə yandım" və əməkdar müəllim,bəstəkar A.Yusifovanın "Alov fantaziyası" Səbuhi Cəfərovun ifasinda (xalq artisti Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiətilə) "Azərbaycan bəstəkarlarının antologiyası"adlı albom - diskinə daxil edilmişdir.

Səbuhi Cəfərov 2005 –ci ildə Moskvada keçirilən ''Azərbaycan ili''nin açılış konsertində müvəffəqiyyətlə  çıxış edərək Respublikamızı layiqincə təmsil etmişdir.

14 mart 2017-ci il tarixdə Mədəniyyət kanalının təşkilatçılığı və Azərbaycan Dövlət Filarmoniyası ilə birgə layihəsi əsasında Kamera və Orqan Musiqi zalında solo konsert proqramı ilə çıxış etmişdir (Proqramda Azərbaycan və qərb bəstəkarlıarının əsərləri, muğamlar eləcə də rəqslər öz əksini tapmışdır).

06 Noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.[1]

2020-ci il 17-24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev  adına Azərbaycan  Dövlət   Filarmoniyasının təşkilatciliqi ilə keçirilən "World Harmony" Beynəlxalq müsabiqiəsinin açılış konsertində "Çoban-Bayatı" müğamını ifa etmişdir.

Tarixdə ilk dəfə olaraq "Şuşa ili" çərçivəsində respublikanın 15 ən yaxşı tar ifaçıları sırasında Azərbaycan Milli Konservartoriyasının təşkilatçılığı ilə keçirilən "Tar festivalı"nda iştirak etmiş və "Tərifnamə" ilə təltif olunmuşdur.[2]

Çap olunan elmi işləri[redaktə | mənbəni redaktə et]

İfaçılıq fəaliyyətilə yanaşı elm sahəsində də çalışan dosent Səbuhi Cəfərovun coxlu sayda elmi işləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi tövsiyə edilərək çap olunmuşdur.

  • "Azərbaycan bəstəkarlarının əsərlərı" (2005) – dərs vəsaiti (tar ilə fortepiano üçün)
  • Azərbaycan bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri" (2 tar və fortepiano; tar,kanon və fortepiano üçün) (2005)[3]
  • "Azərbaycan və xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri" (2 tar və fortepiano; 2 kamança ilə fortepiano üçün) (2009)
  • "Qamma və arpeciolar mürəkkəb variantda"- tar üçün (2012)
  • "Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri "- (tar ilə fortepiano üçün) (2012)[4]
  • "Xarici ölkə bəstəkarlarının əsərləri"- (tar ilə fortepiano üçün) (2018)[5]
  • "Azərbaycan və qərb bəstəkarlarının əsərləri" - (tar ilə fortepiano üçün (2023)[6]

ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaitlərinin;

  • "Kəklik "xalq mahnısı - (kamança və f-no üçün) A.Yusifovanın "Azərbaycan xalq melodiyalarının işlənməsı və aranjimanı" fənni üzrə dərs vəsaitində 2004)
  • S.Ələsgərov "3 saylı konsert"i haqqında "Metodik tövsiyə" (2006)[7]
  • F.Əmirov "Sevil " operasının mövzuları əsasında "Fantaziya" haqqında "Metodik tövsiyə" (2007)[8]
  • F.Əmirov "1001 gecə" baletinin mövzuları əsasında" Fantaziya" haqqında "Metodik  tövsiyə" (2007)[9]
  • "S. Ələsgərovun tar konsertləri haqqında" - ("Musiqi dünyası" jurnalında məqalə - 2006)
  • "İsdedadlı tar ifaçısı" (Əməkdar artist V.Məmmədəliyev haqqında "Qobusdan" jurnalında məqalə - 2006)[10]

Bundan başqa xalq artist Vamiq Məmmədəliyevin ifasından çoxlu sayda muğam rənglərini nota köçürmüşdür.                                          

Proqramlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası əyani bölməsinin bakalavr hazırlığı üçün "Kamera ansamblı fənni üzrə tədris proqramı" (Əməkdar müəllim, dosent  Ramiz Əzizovla birgə) 2016
  • Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin bakalavr hazırlığı üçün "Kamera ansamblı fənni üzrə  tədris proqramı" (Əməkdar müəllim, dosent Ramiz Əzizovla birgə) 2016
  • Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin  bakalavr hazırlığı üçün ‘‘ Tar İxtisas – not fənninin üzrə proqram"  (Əməkdar müəllim, dosent Ramiz Əzizovla birgə) 2016.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.
  2. ""Şuşa ili" Tar Festivalına yekun vurulub - Azərbaycan Milli Konservatoriyası" (az.). 2022-04-08. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.
  3. "Azərbaycan Milli Kitabxanası - Azərbaycan bəstəkarlarının ansamblı üçün işlənmiş əsərləri [Notlar] : (Ali və orta ixtisas musiqi məktəblərinin tar sinfi üçün dərs vəsaiti) /Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Milli Konservatoriyası ; İki tar və f-no; tar-kanon və f-no üçün işləyəni və köçürəni S. Cəfərov (red.) ; [ön söz O. Quliyev] ; Klavir".
  4. "Azərbaycan Milli Kitabxanası - Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri [Notlar] : ali və orta ixtisas musiqi məktəblərinin tar sinfi üçün /tar ilə fortepiano üçün işləyəni və köçürəni S. Cəfərov ; red. və ön söz. R. Ə. Quliyev ; [dizayn H. Əlioğlu] ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Milli Konservatoriyası".
  5. "Azərbaycan Milli Kitabxanası - Xarici ölkə bəstəkarlarının əsərləri [Notlar] : (Ali və orta ixtisas məktəblərinin tar sinfi üçün dərs vəsaiti) /Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Milli Konservatoriyası ; [tar ilə fortepiano üçün] işləyəni və köçürəni S. Cəfərov (tərt. ed.) ; elmi red. M. B. Quliyev ; [dizayn N. Cəfərov] ; Klavir".
  6. "Azərbaycan Milli Kitabxanası - Azərbaycan və Qərb bəstəkarlarının əsərləri [Notlar] : (Ali və orta ixtisas məktəblərinin tar sinfi üçün dərs vəsaiti) /Azərb. Resp. Elm və Təhsil Nazirliyi, Azərb. Milli Konservatoriyası ; [tar ilə fortepiano üçün] işləyəni və köçürəni S. Cəfərov (tərt. ed.) ; elmi red. R. M. Əzizov ; [ön söz S. Kərimi ; dizayn N. Cəfərov] ; Klavir".
  7. "Azərbaycan Milli Kitabxanası - Tar ilə xalq çalğı alətləri orkestri üçün "3 saylı Konsert" [Mətn] : [metodik tövsiyə] /[S. Ələsgərov] ; tərt. ed. S. A. Cəfərov ; red. O. S. Quliyev ; [Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp-nın Təhsil Problemləri İn-tu, Azərb. Milli Konservatoriyası]".
  8. "Azərbaycan Milli Kitabxanası - Fikrət Əmirovun "Sevil" operasının mövzuları əsasında "Fantaziya" [Mətn] : [(Tar ilə fortepiano üçün işlənmə) : HS-140100 "İnstrumental ifaçılıq" ixtisası : Metodik tövsiyələr] /[Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp-nın Təhsil Problemləri İn-tu, Azərb. Milli Konservatoriyası] ; tərt. ed. S. A. Cəfərov ; red. M. Ə. Kərimov".
  9. "Azərbaycan Milli Kitabxanası - Fikrət Əmirovun "1001 gecə" baletinin mövzuları əsasında "Fantaziya" [Mətn] : [(Tar ilə fortepiano üçün işlənmə) : HS-140100 "İnstrumental ifaçılıq" ixtisası : Metodik tövsiyələr] /[Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp-nın Təhsil Problemləri İn-tu, Azərb. Milli Konservatoriyası] ; [tərt. ed.] S. A. Cəfərov ; red. O. S. Quliyev".
  10. "Azərbaycan Milli Kitabxanası - İstedadlı, tar ifaçısı [Mətn] /S.Cəfərov".

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]