Sədərək yaşayış yeri Araz çayının sol sahilində Naxçıvan MR eyni adlı kəndindən cənub-şərq tərəfə geniş bir ərazini əhatə edən orta əsr şəhərtipli iri yaşayış yeri.[1]
Sədərək yaşayış yeri | |
---|---|
Sədərək orta əsr şəhərtipli yaşayış yeri | |
Ölkə | Azərbaycan |
Şəhər | Sədərək |
Yerləşir | Sədərək rayonu, Naxçıvan MR, Azərbaycan |
Tikilmə tarixi | Orta əsrlər |
Üslubu | arxeoloji abidə |
Abidə ərazisində kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində daş və bişmiş kərpicdən inşa edilmiş yaşayış evlərinin qalıqları, külli miqdarda maddi mədəniyyət nümunələri aşkar edilmiş, yaşayış məskəninin su təchizatına dair maraqlı materiallar əldə olunmuşdur. Tapıntılar arasında şirli və şirsiz saxsı məmulat daha çoxdur. Buradan pəncərə şüşələrinin qırıqlarının tapılması da qeyd olunmalıdır. Arxeoloji kompleks Sədərək orta əsr şəhərtipli yaşayış yerinin IX-XVIII yüzilliklərdə mövcud olduğuna dəlalət edir [2].