Sədaqət Qasımlı

Sədaqət Qasımlı — Türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Sədaqət Qasımlı
Doğum tarixi
Doğum yeri Şəki
Vəfat tarixi
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
İxtisası Türkoloq
Elmi dərəcələri Filologiya üzrə fəlsəfə doktoru, dosent

Həyatı[redaktə | mənbəni redaktə et]

Filologiya üzrə fəlsəfə doktoru dos. Sədaqət Ədürəhman qızı Qasımlı 1944-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1960-cı ildə Şəki şəhərinin 12 saylı orta məktəbini bitirərək, ADU-nun (indiki BDU) Şərqşünaslıq fakultəsinin Türk Filologiyası şöbəsinə daxil olmuş, 1965-ci ildə bitirmişdir. 1964-66-cı illərdə Azərbaycan EA. Əlyazmalar fondunda çalışaraq, 1967-ci ildə Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Aspirantura şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra İnstitutun türk filologiyası şöbəsində işə başlamış, baş laborantlıqdan elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1983-cü ildə akad. Həmid Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi dərəcəsini almışdır. Eyni adlı kitabı 1994-cü ildə çap etdirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O, türkiyə ədəbiyyatı nümunələrini Azərbaycanda yaymaq məqsədi ilə tərcümələr də etmişdir. 2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Taner Hekayələr” və 2007-2008-ci illərdə qədim türk dastanı "Saltuknamə"nin I,II,III cildləri (B.Osmanova və E.Xəlilova ilə)çap olunmuşdur. “Türk Amacı" dərgisinin materialları adlı kitabın tərcüməsi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şurası tərəfindən çapa təqdim olunmuşdur. S.Qasımlı Türkiyə ədəbiyyatının “Tənzimat”, “Sərvti-Fünun”, “Ədəbiyyatı-Cədidə” dövrlərinə aid antologiyanın hazırlanmasında fəal iştirak etmişdir. O, Türkiyə Ədəbiyyatının müxtəlif dövrlərinə və görkəmli simalarına aid araşdırmalar aparmış bakıda və Türkiyədə keçirilən beynəlxalq simpoziumlarda elmi məruzələr etmişdir. 60-q qədər elmi məqaləlrindən 5-i Türkiyədə çap olunmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Lətifə xanım Atatürkün həyat yoldaşı
  • Haldun Taner Hekayələr
  • Saltuknamə
  • Haldun Tanerin bədii nəsri
  • Türkiyə Ədəbiyyatında Yeni Hekayəçilik
  • Türk Tarixi və Mədəniyyəti "Türk Amacı" dərgisinin materialları əsasında

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]