Səddam Hüseynov

Səddam Rafiq oğlu Hüseynov — (1 sentyabr 1997, Çeşməli, Tovuz rayonu13 sentyabr 2022)

Səddam Hüseynov
Səddam Rafiq oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tovuz
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Qarabağ
Vəfat səbəbi şəhid
Dəfn yeri Tovuz
Dəfn tarixi 15.09.2022
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Səddam Rafiq oğlu Hüseynov 1997-ci il Sentyabr ayının 1-də Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu 15 sentyabrda Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Çeşməli kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Rafiq Hüseynova təqdim olunub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]