Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin üzvü.
Sədi Yüzbəndi | |
---|---|
Doğum tarixi | 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 1946 |
Vəfat yeri | |
Vəfat səbəbi | öldürülüb |
Mükafatları |
Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra şah ordusunun silahlı dəstələri tərəfindən başı kəsilib.
Sədi İzzət oğlu 1918-ci ildə Qaradağ mahalının Yüzbənd kəndində anadan olub[1]. Azərbaycan Demokrat Firqəsinə qoşulub. Firqənin Qaradağ Vilayət Komitəsində Əbdülsəməd İmraninin rəhbərliyi altında fədai kimi döyüşlərdə iştirak edib. Burada müxtəlif məsul vəzifələrə seçilib[1]. 1945-ci ildə Təbrizdə "Vətən yolunda" qəzeti yanında təsis edilən Şairlər məclisinin üzvü olub[2]. 1946-cı ildə isə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və leytenant rütbəsilə təltif olunub[1]. "Ziddi-faşist", "Şairlər məclisi", Azərbaycan qəzet və jurnallarında şeirləri çap edilib[3][4][5].
1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Sədi Yüzbəndi şah ordusunun silahlı dəstələri tərəfindən öldürülüb[6][7][8]. Kəsilmiş başı isə anasına göndərilib[9][10].
1966-cı il martın 28-də Xəlil Rza Ulutürk Sədi Yüzbəndinin öldürülməsini təsvir edən şeir yazıb[11]. Şeirdən hissə:
Od-alov ürəkli şair Yüzbəndi
Onun yüz şərqisi, onun yüz bəndi Yandırdı suyu da, dağı, daşı da. Qızıl bayraq kimi getdi qarşıda. Heyhat! Bir ildırım-balta vuruldu Göyərən palıdın budaqlarına. - Al! – deyə balanın qanlı başını Atdılar ananın ayaqlarına. |