Sədun

Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur.

Tarixi Azərbaycan əraziləri
Sədun
Ümumi məlumatlar
Bölgə Azərbaycan Azərbaycan

"Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi.[1] XaqaniFələki Şirvani kimi şairlər[2][3] III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir".[4][5] Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.[6]

  1. Mинopcкий, c.57.
  2. Xaqani Şirvani. Divan. Tehran, h.1316 (1898), s.405.
  3. Hadi Hasan. Researches in Persian Literature. Hyderabad, 1958, c.16, 81.
  4. Mинopcкий, c.ПO
  5. Lettre de M. Khanykov a M. Dorn. Melanges. Asiatiques, t. III, 1858, c.129
  6. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007