Səfərəli İmamqulu oğlu Qarabaği

Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri

Usta Səfərəli
Səfərəli İmamqulu oğlu Qarabaği
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat yeri Şuşa
Vətəndaşlığı

Həyatı[redaktə | mənbəni redaktə et]

Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi.

Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007.
  • Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.