Bünyadzadə Səfər Xoca oğlu (?—?) — müəllim, publisist.
Səfər Bünyadzadə | |
---|---|
Bünyadzadə Səfər Xoca oğlu | |
Atası | Xoca |
"Tuti" (1914-1917) jurnalının redaktoru (1916-cı ildən həm də naşiri) olmuşdur. Bünyadzadə "Səda", "Sədayi-Vətən" və b. mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Bünyadzadə Azərbaycan teatrında opera və musiqili komediyaların əleyhdarlarından olmuş, Hacıbəyovun operalarını "falsız yumurta" adlandırmış, bəstəkarın özünü isə layiqsiz ifadələrlə təhqir etmişdi. Hacıbəyov isə Bünyadzadənin tərtib etdiyi "Kəşkül" məcmuəsi haqqında "Tənqid əvəzinə" adlı kəskin rəy yazmışdır[1]. Bu məqalədə məcmuədəki nəğmələrin notsuz çap edilməsi, havaları məlum olmayan hər nəğməni notsuz təlim etmək məsləhətləri və s. ciddi tənqid olunurdu[2].