Toplanmış materiallara görə Culfa rayonundakı Daşkəsən düzündə və rayonun Kırna kəndində "Səfərevləri" deyilən yerdə də daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Kırna kənd qəbiristanlığında haliyədə mövcud olan 20-yə yaxın sənduqə, 10 ədəd daşdan hazırlanmış qoç heykəli formasında məzar daşları sözsüz ki, kənddə olan daşyonma mərkəzində düzəldilmişdir. Tədqiqatçılar nəinki Ordubad və Culfa rayonları kimi ərazicə böyük olan rayonlarda, həmçinin, Naxçıvan ərazisinin digər bölgələrində də daş karxanalarının fəaliyyəti haqqında məlumat verirlər
Səfərevləri daşyonma mərkəzləri | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Kırna, Culfa, Naxçıvan Muxtar Respublikası |
Aidiyyatı | Naxçıvan Muxtar Respublikası |
Tikilmə tarixi | XIX əsr |