Səfəvi-Osmanlı müharibəsi (1548-1549)

1548-1549 Səfəvi-Osmanlı müharibəsi, 29 mart 1548-ci ildə Qanuni Sultan Süleyman I ordusu ilə bir il davam etdirdiyi ekspedisiyanın adıdır.[1]

Səfəvi-Osmanlı müharibəsi
Səfəvi-Osmanlı münasibətləri
Osmanlı-Səfəvi müharibəsi (1548-1549) Süleymannamədəki bu miniatürdə Əlqas Mirzə Səfəvi səfəri zamanı Qanuni'nin iştirakı ilə görülür.
Tarix 1548–1549
Yeri Van, Təbriz, İraq
Nəticəsi Osmanlı İmperiyasının qələbəsi
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

I Şah Təhmasib

Qanuni Sultan Süleyman
Əlqas Mirzə

Qanuni Sultan Süleyman Avstriya səfərində ikən, Səfəvi şahı I Şah Təhmasib Təbriz, NaxçıvanVanı yenidən öz torpaqlarına qaytardı. O, güclü şiə hökmranlığını qurdu və hətta, bölgəyə "xəlifələr" adlı casuslar göndərmişdi. Təhmasbin qardaşı Əlqas Mirzə Səfəvi taxtına çıxmaq istəyirdi. Buna görə də Əlqas Mirzə üsyan etdi, fəqət istədiyini edə bilməyərək, Qanuni Sultan Süleymanın yanına sığındı. Bu vaxt Bosniya valisi Üləma sultan Təkəli, Səfəvi xalqının vəziyyətini bildiyinə görə Ərzurum Bəylərbəyliyinə gətirildi və Elqəsə lələ təyin edildi.[2] Əlqas və I.Süleymanın heyətində olan qüvvələrlə 29 mart 1548-ci ildə İstanbuldan hücuma başladı. I.Süleyman Təbriz səfərinə çıxıb, 19 apreldə Ağşəhərə gəlmişdir. Sultan Süleyman, Konya, Niğdə, Kayseri yolu ilə; 25 May 1548-ci ildə Ordu-i Humayun ilə Sivas vilayətinə gəldikdə, böyük oğlu Şahzadə valisi Mustafa Amasya valisi idi. Şahzadə Mustafa gəlib atasının əlindən öpdü və digər şahzadələrdən fərqli olaraq bir müddət atsı ilə birgə səfərə qatıldı. Qanuni Sultan Süleyman Şahzadə Səlimi Rumeliyanın müdafiəsi üçün Ədirnəyə göndərərkən digər oğlu Şahzadə Bəyazidi Qaraman sancağında saxladı.[3] Osmanlıdakı səfərlərdən xəbərdar olan Şah Təhmasib ordusunu topladı. Təbrizdəki Səfəvi şahı I.Təhmasib, sultanın Xoy şəhərinə gəldiyini biləndə bütün şəhəri boşaltdı və özü də Qəzvinə çəkildi. 27 iyul 1548-ci ildə Sultan Süleyman çox çətinliklə Təbrizi işğal etdi. Sultan Süleyman 5 gün Təbrizdə qaldıqdan sonra Vana gedərək şəhəri mühasirəyə aldı. Avqustun 25-də Van şəhərini ələ keçirtdi. Sentyabrın 29-da sultan Diyarbəkirə, Noyabrın 25-də isə Hələbə gedərək, qışı burada keçirtdi. Sultan Süleyman dekabrın 21-də İstanbula qayıtdı.[4]

Müharibənin nəticələri

[redaktə | mənbəni redaktə et]
  1. Eravcı, Mustafa. Safevî Hanedanı. Yeni Türkiye Yayıncılık. 2002. ISBN 975-6782-39-0.
  2. Sümer, Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü. TTK Yayıncılık. 1992.
  3. name=Notlar>[1] Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
  4. Nesibli Nesib. Osmanlı-Safevî Savaşları, Mezhep Öeseşes, ve Azerbaycan. Yeni Türkiye Yayıncılık. 2002. səh. 32. ISBN 975-6782-39-0.
  5. name="100 Soruda Osmanlı Devleti Tarihi ">{{Kitap kaynağı| son =Başar | ilk =Fahamettin | başlık =100 Soruda Osmanlı Devleti Tarihi | il = 2004 | yayımcı =Aktüel Dünya Yayıncılık | dil = Türkçe | id = ISBN 9753040303
  6. name="Büyük Osmanlı Tarihi (10 cilt)">| ilk =Yılmaz | başlık = Büyük Osmanlı Tarihi| yıl = 20 | yayımcı = Ötüken Yayıncılık | dil = Türkçe | id = ISBN 9754371415
  7. name="Notlar"