Səfəvi imperiyasının sədrlərinin siyahısı - I Şah İsmayıl öz dövlət təşkilatında ondan əvvəl bölgədə hakim olan Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış, onların dövlət təşkilatı və divan sisteminə bənzər bir təşkilat yaratmışdır. Sədr vəzifəsi də Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir ki, biz bədənin bu hissəsinə qəlb deyirik. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi «sədrneşin», yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan «sidr» ağası kimi, ya da məclisdə başda oturan mənasını anladır.[1] Sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İsgəndər bəy Münşi “Tarix-i Aləmara-yi Abbasi” əsərində Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi:
"Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər.[2]
Oqtay Əfəndiyev Səfəvi dövlətində sədr vəzifəsinin öhdəliklərinə belə izah verir:
“Sədr - funksiyası dövlətin dini siyasətinin həyata keçirilməsinə başçılıq etməkdən ibarət olan yüksək saray vəzifəsi.”[3]
Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur.[4]
Səfəvi imperiyasında sədr vəzifəsini icra etmiş şəxslərin siyahısı aşağıdakı kimidir
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Qadı Mövlana Şəmsəddin Gilani | H.906 / M. 1501-ci il | H.915 / M.1510-cu il |
Qadı Məhəmməd Kaşi | H.909 / M.1503-cü il | H.915 / M.1510-cu il |
Mir Seyid Şərif Şirazi | H.915 / M.1510-cu il | H.917 / M.1512-ci il |
Mir Əbdülbaqi Yəzdi [5] | H.917 / M.1512-ci il | H.919 / M.1514-cü il |
Mir Seyid Şərif Şirazi[5] | H.919 / M.1513-cü il | H.920 / M.1514-cü il |
Mir Cəmaləddin Məhəmməd Astrabadi[6] | H.920 / M.1514-cü il | H.930 / M.1524-cü il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mir Cəmaləddin Məhəmməd Astrabadi | H.931 / M. 1525-ci il | H.934 / M.1528-ci il |
Mir Qıvaməddin Hüseyni İsfahani | H.931 / M.1525-ci il | H.936 / M.1530-cu il |
Əmir Nemətullah Hilli[7] | H.935 / M.1529-cu il | H.937 / M.1531-ci il |
Mir Qiyasəddin Məhəmməd Mənsur[8] | H.936 / M.1530-ci il | H.938 / M.1532-ci il |
Mir Muizəddin Məhəmməd İsfahani[9] | H.938 / M.1532-ci il | H.944 / M.1538-ci il |
Mir Şəmsəddin Əsədullah Şustəri Mərəşi | H.944 / M.1538-ci il | H.963 / M.1556-cı il |
Şah Təqiəddin Məhəmməd İsfahani | H.964 / M.1557-ci il | H.970 / M.1563-cı il |
Əmir Məhəmməd Yusif Astrabadi
Mir Qiyasəddin Məhəmməd Yusif |
H.970 / M.1563-cı il | H.975 / M.1568-cı il |
Mir Miran Mir Qiyasəddin Məhəmməd | H.975 / M.1568-cı il | H.985 / M.1577-ci il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Şah İnayətullah Nəqib İsfahani | H.984 / M.1576-cı il | H.985 / M.1577-ci il |
Mirzə Mahdum Şərifi | H.985 / M.1577-ci il | H.985 / M.1577-ci il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mir Şəmsəddin Məhəmməd Kirmani [10] | H.986 / M.1577-cı il | H.993 / M.1585-ci il |
Mir Tacəddin Mahmud | H.986 / M.1577-cı il | H.993 / M.1585-ci il |
Mir Əbuvəli Əncəvi | H.986 / M.1577-cı il | H.996 / M.1587-ci il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mir Əbuvəli Əncəvi [11] | H.996 / M.1587-cı il | H.1015 / M.1607-ci il |
Əmir Cəmaləddin Məhəmməd Sədr-i Xassə
Mir Muizəddin Məhəmməd Sədr-i Ammə |
H.1015 / M.1607-cı il
H.1016 / M. 1607-1608 |
H.993 / M.1585-ci il
H. 1022 / M.1614-cü il |
Mirzə Razi Sədr-i Xassə | H.1017 / M.1608-ci il | H.1020 / M.1611-ci il |
Qadı Sultan Türbəti Sədr-i Xassə | H.1026 / M.1617-ci il | H.1026 / M.1617-ci il |
Mirzə Rəfiəddin Məhəmməd Xəlifə Sədr [12] | H.1017 / M.1608-ci il | H.1034 / M.1625-ci il |
Mir Sədrəddin Məhəmməd Sədr-i Xassə | H.1016 / M. 1607-1608 | H.1017 / M.1608-ci il |
Mir Rəfiəddin Sədr-i Məmalik | H.1026 / M.1617-ci il | H.1038 / M.1629-cu il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mirzə Rəfii Şəhristani | H.1038 / M.1629-cu il | H.1042 / M.1633-cü il |
Mirzə Həbibullah Sədr | H.1042 / M.1633-cü il | H.1052 / M.1642-cu il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mirzə Həbibullah Sədr | H.1052 / M.1642-cu il | H.1064 / M.1654-cü il |
Mirzə Mehdi Sədr | H.1063 / M.1654-cü il | H.1081 / M.1671-ci il |
Mirzə Qıvaməddin Məhəmməd Sədr | H.1072 / M. 1661-ci il | H.1075 / M.1664-cü il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Mirzə Əbu Talib Rəzəvi Sədr-i Xassə
Mirzə Əbu Saleh Rəzəvi Sədr-i Ammə |
H.1077 / M.1667-cü il
H.1077 / M.1667-cü il |
H.1095 / M.1685-ci il
H.1092 / M.1681-ci il |
Seyid Əli xan
Mirzə Nəcəf xan Sədr-i Ammə |
H.1093 / M.1682-ci il
H.1093 / M.1682-ci il |
H.1095 / M.1685-ci il
H.1104 / M.1694-cü il |
Adı | Səlahiyyətlərinin başlanğıcı | Səlahiyyətlərinin sonu |
---|---|---|
Seyid Əli xan | H.1104 / M.1694-cü il | H.1104 / M.1694-cü il |
Seyid Mirzə Bakir Hüseyn | H.1104 / M.1694-cü il | H.1134 / M.1722-cü il |
Mir Seyid Murtaza Əli Xəlifə Sultan | H.1134 / M.1722-ci il | H.1135 / M.1723-cü il |
Mirzə Məhəmməd Mukim | H.1134 / M.1722-ci il | H.1136 / M.1724-cü il |