Səfa Zengin

Səfa Zəngin[1][2] (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi.

Səfa Zəngin
Doğum tarixi 26 may 1968(1968-05-26) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kino aktyoru
IMDb ID1197015

Həyatı[redaktə | mənbəni redaktə et]

1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb.

İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı.

İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sefa Zengin – Medyapım" (türk). 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  2. "Sefa Zengin | tiyatrolar.com.tr". 8 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]