Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun.