Səhiyyə Nazirliyi (Vyetnam)

Səhiyyə Nazirliyi (vyet. Bộ Y tế) — Vyetnamda tibb, səhiyyəsəhiyyə sənayesinin idarə edilməsinə və rəhbərliyinə cavabdeh olan nazirlik. Nazirlik digər nazirliklər və baş nazirin aparatı ilə birlikdə "2001–2010-cu illər üçün Qidalanma üzrə Milli Strategiya" və "2002–2010-cu illər üçün Xəsarətlərin Qarşısının Alınması üzrə Milli Siyasət" kimi uzunmüddətli səhiyyə siyasəti proqramlarının yaradılmasına və icra edilməsinə cavabdehdir.[1] Onun əsas ofisləri Hanoyda, Badin rayonunda yerləşir. 2019-cu ilin noyabrında nazir Nquyen Thi Kim Tyen təqaüd yaşına çatdığı üçün vəzifəsindən azad edilmiş və baş nazirin müavini Vu Dık Dam nazirliyə rəhbərlik etmişdir. 7 iyul 2020-ci ildə, koronavirus pandemiyası fonunda, yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış professor Nquyen Than Lonq müvəqqəti olaraq Səhiyyə Naziri vəzifəsinə təyin edilmişdir.[2] O, 12 noyabr 2020-ci ildə rəsmi olaraq səhiyyə naziri olmuşdur.[3] Than Lonq "Viet A COVID-19" test dəsti qalmaqalı ilə bağlı korrupsiya iddialarından sonra 7 iyul 2022-ci ildə Milli Assambleya tərəfindən vəzifəsindən azad ediləmişdir.[4]

Səhiyyə Nazirliyi
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Vyetnam
Yaradılma tarixi 1945
Rəsmi saytı moh.gov.vn/sites/en-us/p…
  1. "MOH, Health Policy". 6 May 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 February 2009.
  2. "GS.TS.Nguyễn Thanh Long giữ chức Bí thư Ban Cán sự Đảng, Quyền Bộ trưởng Bộ Y tế - Tin nổi bật - Cổng thông tin Bộ Y tế". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
  3. "Ông Nguyễn Thanh Long làm Bộ trưởng Y tế". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
  4. "Bộ trưởng y tế Nguyễn Thanh Long bị cách chức". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]