Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında[1] heykəldir.
Səhranın əli | |
---|---|
24°09′30″ c. e. 70°09′23″ q. u. | |
Ölkə | |
Tikilmə tarixi | 28 mart 1992 |
Hündürlüyü | 11 m |
Material | armaturlanmış beton |
Vikianbarda əlaqəli mediafayllar |
Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır[2]. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir[2]. Tikinti materialı polad karkasüzərində betondur[2]. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur[3].
Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib[4]. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər[2], xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər[5]. Antofaqasta İttifaqı abidənin qorunmasını öz üzərinə götürüb, onun üzvləri abidəni təmizləyir və ziyarətçiləri abidəni yazılarla örtməməyə çağırırlar[6].