Səidə Ömər

Səidə Ömər (Tam adı: Səidə Əjdər qızı Ömərova; d. 22 avqust 1986; Azərbaycan, Bakı) — Türkiyədə Bengü Türk Tvdə (2018-2021) və Ulusal Tvdə (2023-indiyə kimi) “Azərbaycan Rüzgarı”adlı proqramın aparıcı və müəllifi.

Səidə Ömər
Səidə Əjdər qızı Ömərova
Doğum tarixi (36 yaş)
Doğum yeri Azərbaycan, Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Türkiyədə Bengü Türk Tvdə (2018-2021) və Ulusal Tvdə (2023- indiyə kimi) “Azərbaycan Rüzgarı”adlı proqramın aparıcı və müəllifi[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Səidə Ömər 22 avqust 1986-cı ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur. 1993-cü ildə Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə təhsil almış, 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin Kinorejissorluq bölümünü qırmızı diplomla bitirmişdir. Azərbaycan xalq artisti tanınmış kinorejissor Oktay Mirqasımovun tələbəsi olmuşdur. 2018-ci ildə İstanbul Universitetinin Jurnalistika fakültəsinin “Radio Televiziya Kino” bölümünü magistr olaraq qazanmışdır. 2020-cildə təhsilini başa vurduqdan sonra, 2021-ci ildə İstanbul Universitetinin Jurnalistika fakültəsinin “Radio Televiziya Kino” bölümünün doktorantura pilləsinə qəbul olub.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bir qardaşı və bir bacısı olan Səidə Ömərin atası Azərbaycan türkü, anası Qaqauz türklərindəndir. 2010-cu ildə valideynlərini itirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2005-2018-ci illərdə Suraxanı rayonu 2 saylı uşaq evində “Ağ çiçəklər” rəqs qrupunun, 2009-2017-cu illərdə Heydər Əliyev adına liseydə “Zərifə” rəqs qrupunun rəhbəri, 2010-2017-ci illərdə isə Günaz Tv-də Azərbaycan milli rəqsləri öyrədən “Rəqs Dünyası” adlı verilişin və “Günəş ve Həmail” adlı uşaq programramının aparıcısı və müəllifi olmuşdur. 2006-2007-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Oktay Mirqasımovun “Günaydın, mənim mələyim” adlı filmdə rejissor köməkçisi olaraq çalışmışdır. 2017-ci ildən Azərbaycan Alpagut Federasiyasında Mədəniyyət Departamentinin sədri vəzifəsində çalışmışdır. 1996-2002-ci illərdə Vaqif Mustafazadə adına 2 saylı musiqi məktəbində fəaliyyət göstərən “Aysel” rəqs qrupunun üzvü olmuşdur. Türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycan və Qaqauz yerinin rəqslərini təmsil edir. İstanbul Türkiyə Azərbaycan Dayanışma ve Kültür Dərnəyinin üzvüdür. 17 il rəqs sənətini üzrə müəllimlik etmişdir. 2018-2021-ci illərdə Türkiyədə Bengü Türk Tvdə “Azərbaycan Rüzgarı” adlı yayımlanan verilişin aparıcısı və müəllifidir.[2] [3] [4] [5] [6] 2023 Mart ayından Türkiyənin Ulusal kanalında Azərbaycan Rüzgarı programının müəllifi və aparıcısıdır. [7]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Medyasında Alkol Temsili ve Alkolün Topluma Olumsuz Etkisi (Elmi Rəhbəri Prof.Dr. Nilüfər Pəmbəcioğli ilə bərabər)(kitab)- 2022

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Məqsədim “Azərbaycan rüzgarı”yla Azərbaycan ab-havasını Türkiyədə hiss etdirməkdir”
  2. Türkiyədə "Azərbaycan rüzgarı" adlı veriliş efirə gedəcək
  3. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
  4. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
  5. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
  6. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
  7. (#empty_citation)