Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — Azərbaycan estrada müğənnisi
Səidə Sultan | |
---|---|
Səidə Əli qızı Sultanova | |
Ümumi məlumatlar | |
Doğum adı | Səidə Sultanova |
Ləqəbi | Səidə Sultan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2001—h.h |
Janr | pop |
Əlaqələri | Vaqif Gərayzadə, W-Trio qrupu |
Təhsili | ADMİU |
Mükafatları | Pöhrə, Bakı payızı |
Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur.[1] 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir.
İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı[2] müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır. 2001-2003 illər solo karyerasına başlamış, 2002-ci ildən 2006-ci ilədək bəstəkar Vaqif Gərayzadənin yaratdığı və bədii rəhbərlik etdiyi W-Trio pop qrupunun vokal solisti olmuşdur. 2007-ci ildən hazırkı günədək solo fəaliyyət göstərməkdədir.
2015-ci ildə Space TV-də Əsl Şou verilişinin aparacısı olmuşdur.[3]
2023-cü ilin sentyabr ayında ailə qurmuşdur.Toy yalnız xanımların iştirakı ilə keçirilmişdir. Övladı yoxdur.
Say | Klip | Tarix |
---|---|---|
01 | Sən İdin | 2006 |
02 | Tənha İdim | 2009 |
03 | Gecələr | 2011 |
04 | Hərdən Arada | 2013 |
05 | Bir Şans Ver ft. Niyam Salami | 2016 |
06 | Qarip Dünya | 2018 |
07 | Bağışla | 2018 |
08 | İki-İki ft. Jayhun | 2018 |
09 | Kin | 2019 |
10 | Apar Məni | 2019 |
11 | O Məni | 2019 |
12 | Ayrı-Ayrı | 2021 |
13 | Ağlasın | 2021 |
14 | 4 Fəsil | 2021 |
15 | Kaş Ki | 2022 |
16 | Ahuzar İçində | 2023 |
17 | Nə İdi Günahım | 2024 |