Səid İrandust

Səid İrandust - Asiya Texnologiya İnstitutunun prezidenti, Rusiya İqtisad Akademiyasının fəxri doktoru, "Tərəqqi" medalı laureatı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səid İrandust 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Hal-hazırda Asiya Texnologiya İnstitutunun prezidentidir. 1979-cu ildə İsveçə köçmüşdür. 1984-cu ildə Calmers Universitetində kimyəvi texnologiyalar üzrə mühəndislik elmi dərəcəsi almışdır.1989-cu ildə isə monolit reaktorlar tezisi üzrə doktorluğu mudafiə etmişdir.1990-cı ildən 2000-ci ilədək İsvecin ən qabaqcıl universitetlərindən olan Calmers Universitetində işləmişdir. 2001-2005-ci illərdə Bores Universiteti nəzdindəki Kollecin vitse-kansleri olmuşdur. Riyaziyyat elminin inkişafı üzrə İsveç Dovlət Komitəsinin sədri olmuş və universitetlərə qəbul səviyyəsinin genişləndirilməsi üzrə İsveç Dövlət Komitəsinin üzvü olmuşdur. Elm və ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə İsvec Fondunun İdarə Heyətinin üzvü olmuşdur. Moskvada Plexanov adına Rusiya İqtisad Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.