Sələsüz yaşayış yeri

Sələsüz yaşayış yeri — yaşayış yeri Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun eyniadlı kəndindən şimalda, Sələsüz çayının sağ tərəfində yerləşən Eneolit dövrünə aid qədim yaşayış yeridir[1].Yaşayış yerindən aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qumqarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır[1]. Sələsüz yaşayış yerindən həmçinin daş ovuğu qatılmış keramika nümunəsidə aşkarlanmışdır[1]. Araşdırmlara zamanı aşkarlanan saxsı və küpə qalıqları digər Eneolit dövrü abidələrinin tapıntıları ilə bənzərlik təşkil edir. Bu materiallar həmçinin Qarğalartəpəsi və Şomutəpə abidələrindəki keramika nümunələri ilə də bənzərlik təşkil edir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Baxşəliyev E. Azərbaycan Milli Elmlər Akademiyası Xəbərlər İctimai Elmlər Seriyası № 4, 2017 pp 13–18
  2. Baxşəliyev V. Azərbaycan Arxeologiyası. I cild, 2007 Bakı: Elm, 2007, 238 s.