Səlim Karvansarası (Zəngəzur mahalı)

Səlim Karvansarası – Azərbaycan tarixi Zəngəzur mahalında, dəniz səviyyəsindən 2410 m hündürlükdə, Səlim keçidindədir. Asiya ilə Avropanı birləşdirən tarixi Böyük İpək Yolunun üstındə yerləşirdi. Yaxşı cilalanmış bazalt daşından inşa edilmişdir. Salonu 7 qoşa dirəklə orta (5.3 m) və yan (3.05-3.2 m) hissələrə – neflərə bölünmüşdür. Bina tikilərkən giriş qapısının (1.80 x 0.86 m) üzərindəki divara hörülmüş daşda (1.87 x 0.86 m) cızma üsulu ilə həkk olunmuş farsca kitabədə karvansaranı Elxani hökmdarı Əbu Səidin vaxtında Çuşkyab ibn Ləvənd ibn Şax Nur ibn ... adlı şəxsin vəsaiti ilə hicra 729-1328-1329 ildə inşa edildiyi göstərilir.

Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, S.k. Araz boyunca Böyük İpək Yolunun abadlaşdırılmasına çalışan Elxani hökmdarları vaxtında inşa edilmiş abidələrdən olub, Qarabağ memarlıq məktəbinə mənsubdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Nemətova M.S. Köprükənddə konfrans: "Elm və həyat" jurnalı, 1997, № 2;

Немат М.С. Корпус эпиграфических памятников Азербайджана, т. 3. Арабо-персо-тюркоязычные надписи Нахичеванской Автономной Республики (XII-XX вв.), Баку, 2001, стр. 58-59.