Səməd Bəşirli

Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini.[1]

Səməd Bəşirli
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Təhsili
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[2]

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.[3]

Ailə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı var.

  1. "Səməd Əlövsət oğlu Bəşirli". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  2. "Azərbaycanda dövlət qulluqçuları təltif edildilər — SİYAHI". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  3. "Prezident yeni yaradılan qurumun rəhbərliyini təsdiqlədi — SƏRƏNCAM — SİYAHI". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]