Səməd Vurğunun Poeziya Evi Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşir. 1975-ci ildə Bakıda "Sovet ədəbiyyatı günləri"ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə "Səməd Vurğunun ev-muzeyi"nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – "Səməd Vurğunun poeziya evi" yaradılmışdır. 17 noyabr 1976-cı ildə S. Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır. Poeziya evində S. Vurğunun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilir. Poeziya evi yerli əhəmiyyətli monumental və xatirə abidələri siyahısına daxildir.