Səmimə Laçın

Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası.

Səmimə Laçın
Səmimə Sabir qızı Səlimova
Doğum tarixi (51 yaş)
Doğum yeri Laçın şəhəri, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Sabir
Fəaliyyəti Aktrisa

Həyatı[redaktə | mənbəni redaktə et]

Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub.[1] Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir[2]. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Məhkumlar (film, 2012) – Tünzalə
  2. Toy gecəsi (film, 2013) - Cəvahir[3]
  3. Göyçək fatimə (film, 2014 – Xavər
  4. Sevgi naminə (film, 2015) - Nara.
  5. Taksi parkı (film, 2014 –Zinyət
  6. Tək olanda qorxma... (teleserial, 2013) – Nastya
  7. Ananın ahı (film, 2012 – Səma
  8. Çaqqal nəfəsi (film, 2012 – Səlimə
  9. Bir ovuc torpaq (telederial, 2014 –Badam
  10. Ağabəyovlar (film, 2012-2014) – Həkim

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Hadisələr o səhnələr üzərində cərəyan etməlidir"". 2014-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  2. "Səmimə Səlimova: "Mənə gələn sevgi məktublarını yoldaşıma oxuyuram..."". 2014-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  3. "Arxivlənmiş surət". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]