Sənəd dövriyyəsi

Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir.[1]

Ümumi anlayış

[redaktə | mənbəni redaktə et]

Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır.

Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur.

Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.

  1. Eynulla Musayev, Kargüzarlığın təşkili. Bakı 2003