Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sənan Şəfizadə (tam adı: Sənan Nadir oğlu Şəfizadə; 14 fevral 1984, Bakı) — Azərbaycan jurnalisti, televiziya aparıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktoru.[1]
Sənan Şəfizadə | |
---|---|
Doğum tarixi | 14 fevral 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Akademiyası |
Fəaliyyəti | televiziya aparıcısı |
Fəaliyyət illəri | 2000—hal-hazırda |
Tanınır | televiziya aparıcısı, Jurlanist |
Sənan Nadir oğlu Şəfizadə 1984-cü il fevralın 14-də Bakıda anadan olub. Orta təhsilini 1990–2000-ci illərdə Bakı şəhəri, Yasamal rayonundakı Paşa Nəzərov adına 60 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.
2006-cı ildə sənətşünaslıq ixtisası üzrə magistr dərəcəsini bitirib. 2014-cü ildə namizədlik işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2000-ci ildən müxtəlif vaxtlarda "Tələbə Press", "168 saat", "Futbol Proqnoz" eləcə də Rusiyanın "Sport Ekspress" qəzetlərində işləyib, "Region Plus", "Nargis" jurnalı və azerisport.com portalıyla əməkdaşlıq edib.
2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2013-cü ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən "İlin idman jurnalisti" mükafatını qazanıb. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. 2016-cı ildə Azərbaycan Jurnalistlər Şəbəkəsinin sorğusuna əsasən "İlin ən yaxşı idman jurnalisti" seçilib.
2015-ci ildə Bakıda təşkil olunan şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə keçirilən Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsində media şöbəsinin rəhbəri kimi çalışıb. 2014–2019-cu illərdə Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialının PR işləri üzrə əlaqələndiricisi olub, turnirin mətbuat katibi işləyib.
Bir sıra dövlət tədbirlərində — o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" futbol klubunun avrokuboklar zamanı ev oyunlarında rəsmi aparıcısıdır. Bakıda keçirilən futbol üzrə Çempionlar Liqası, 17 yaşlı oğlanlar arasında futbol üzrə dünya birinciliyi, boks üzrə Ümumdünya Boks Seriyası, MMA üzrə Avropa və dünya çempionatı, cüdo üzrə dünya çempionatı, qadın volleybolçular arasında Avropa çempionatı, gimnastika üzrə Dünya Kuboku, dünya və Avropa çempionatında rəsmi aparıcı kimi çalışıb.
2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində idman xəbərlərinin aparıcısı və müxbir kimi çalışır. Hazırda ATV kanalında idman şöbəsinin redaktorudur.
Azərbaycan futbolçusu İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən "№ 11 İsgəndər Cavadov" kitabının müəllifidir.