Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur.
Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur.[1] Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir.[2]
Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur:
Fərqli sənaye parkları bu meyarları fərqli dərəcələrdə qarşılamaqdadır. Bir çox kiçik icmalar yalnız yaxınlıqdakı magistral yola çıxan və yalnız əsas kommunal və yol xətləri olan sənaye parkları yaratmışdılar. İctimai nəqliyyat seçimləri məhdud və ya heç mövcud olmaya bilər.
Pakistan kimi inkişaf etməkdə olan ölkələrdə sənaye parkları çoxsaylı əlavə çətinliklərlə üzləşir. Bura ixtisaslı işçi qüvvəsinin və köklü fərqli sənaye sahələrinin (məsələn, əczaçılıq və s.) birləşməsi daxildir ki, bu da tez-tez keyfiyyət mərkəzli sənaye üçün əlverişsiz nəticələrə səbəb olur
Biotexnologiya sahəsində ixtisaslaşmış sənaye parkına biotexnologiya sənaye parkı deyilir. O, həmçinin bio-sənaye parkı və ya eko-sənaye çoxluğu kimi də tanına bilər.
Birdən çoxmərtəbəli sənaye fabrikaları (flatted factories) torpaqların az olduğu Sinqapur və Hong Kong kimi şəhərlərdə mövcuddur. Bunlar ümumiyyətlə mənzillərə bənzəyir, lakin əvəzinə fərdi sənaye sahələrinə sahibdirlər. Bu fabriklər müxtəlif səviyyəyə xidmət edən, hər fabrikin çox hissəsinə giriş təmin edən yük liftləri və yollara sahibdirlər.