Sənaye yağları

И-20А sənaye yağı
Масло для швейной машины

Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır.

Yağların xassələri

[redaktə | mənbəni redaktə et]

Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s.

Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.

Özlülük, xeyli dərəcədə təzyiqdən asılıdır. Bu çox yüksək xüsusi yüklə və sürtünmə qovşaqları yüksək təzyiqlə işləyən mexanizmlərin yağlanması zamanı xüsusi əhəmiyyət kəsb edir, ona görə həmin mexanizmlərin quraşdırılması və hesablanması zamanı nəzərə alınması vacibdir.

Özlülük indeksi – yağların özlülük-temperatur xassəsini xarakterizə edir.

Donma temperaturu – statik şəraitidə (sınaq stəkanında) təyin olunur və istismar şəraitində aşağı temperaturda yağın etibarlı mütəhərrikliyini xarakterizə etmir. Sənaye yağlarının istismar prosesində və saxlandıqda antioksidləşmə stabilliyi – onun əsas istismar xassəsidir. Yağın antioksidləşmə və kimyəvi stabilliyi havanın oksigeni ilə oksidləşməsinə qarşı davamlılığına görə təyin olunur. Bütün neft yağları yüksək temperaturda hava ilə təmasda olduqda oksigenlə qarşılıqlı təsirə girib oksidləşirlər. Yağın kifayət qədər oksidləşməyə qarşı davamlılığının olmaması onun tez oksidləşməsinə səbəb olur və nəticədə həll olan və həllolmayan maddələrin(üzvi birləşmələrin, qatran, asfalten və s.) əmələ gəlməsi ilə müşayiət olunur. Bu zaman yağda onun sistemdə dövriyyəsinə mane olan palçıqvari çöküntü və maşının detallarının korroziyasına səbəb olan aqressiv maddələr əmələ gəlir. Oksidləşmə zamanı yağın istismar müddəti xeyli azalır, onun korroziyalılığı artır, həllolmuş suyu və havanı ayırmaq qabiliyyəti pisləşir. Yağın oksidləşməsinə bir çox faktorlar təsir edir: temperatur, köpükəmələgəlmə, suyun miqdarı, üzvi turşular, metalların yeyilməsi və digər çirklənmələr. Yüksək tempüeraturda işləmə qabiliyyətinə malik olan kimyəvi stabil yağlar dərin təmizlənmiş, oksidləşməyə qarşı aşqarlı baza yağları əsasında hazırlanmalıdır. Müasir sənaye yağların oksidləşməyə qarşı stabil olması üçün tərkibinə xüsusi aşqarlar daxil edirlər. Sürtünmə qovşaqlarında və mexanizmlərində yüksək temperaturda və intensiv dövriyyə və qarışdırma şəraitində işləyən yağlar üçün antioksidləşmə xassələri çox mühümdür. Yağın tərkibində olan, iş və istismar prosesində yağın içinə düşən, (havadan kondensləşmə, soyuducu su və s.) rütubət şəraitində oksidləşmə nəticəsində əmələ gələn üzvi turşuların maşın detallarına və bəzi maddələrin metallara qarşı aqressivliyinin qarşısını almaq qabiliyyəti mühafizəedici xassəsi ilə müəyyən olunur. Qara metalların korroziyası yağa su düşməsindən, əlvan metallar və ərintilərin korroziyası isə yağların və bəzi aşqarların oksidləşməsi zamanı əmələ gələn üzvi turşuların təsiri nəticəsində yaranır. Su və korroziya məhsullarının hissəcikləri üzvi turşuların korroziya aqressivliyini gücləndirirlər. Bundan başqa korroziya maddələr hissəcikləri sürtünmə sərhədinə düşdükdə aşındırıcı təsir göstərir, bununla da yeyilmə intensivliyini artırırlar. Əlvan metalların korroziyası temperaturun yüksəlməsi ilə artır. Yağın mühafizəedici xassəsini artırmaq üçün ona metalın su ilə və üzvi turşularla təmasına mane olan yağlarda həllolan korroziya inhibitorları, korroziyaya qarşı aşqarlar əlavə edirlər. Yağların yağlayıcı xassələri, onların yeyilmənin və sürtünmənin maksimum azalması hesabına sürtünmə səthinin işləmə qabiliyyətinin artması xarakterizə edir. Bunlar yeyilmə və siyrilmə xassələrinin göstəriciləri ilə qiymətləndirilir. Yeyilmənin və siyrilmənin qarşısını almaq üçün yağlara müəyyən temperaturda sürtünmə səthlərində qoruyucu örtüklər əmələ gətirən müvafiq aşqarlar əlavə edirlər.

Köpüklənməyə qarşı xassələr – yağların havanı və digər qazları köpük əmələgətirmədən ayırmaq qabiliyyətidir. Köpüyün əmələ gəlməsi yağın itkisinə, onun sıxılmasının artmasına, yağlama və soyutma qabiliyyətinin azalmasına, yağın daha intesiv oksidləşməsinə səbəb olur. Müasir aşqarlı yağların əksəriyyətinin tərkibində metal səthində köpük qabarcıqlarını dağıdan və beləliklə, köpüyün əmələ gəlməsinin qarşısını alan köpüklənməyə qarşı aşqarlar vardır. Deemulsiyalaşma xassəsi yağın çox tez suyu ayırma qabiliyyətini göstərir. Pis deemulsiya qabiliyyətinə malik olan yağlar, sulanma zamanı davamlı sulu yağ emulsiyası yaradır. Bu vaxt yağın özlülüyü azalır, sürtünmə şəraiti pisləşir, metal örtüklər korroziyaya uğrayır, donma temperaturu yüksəlir və s. Neft yağlarının bu xassələri bunlara deemulqator əlavə etdikdə yaxşılaşır.

Sənaye yağlarının aşqarlarla kompleksi (oksidləşmə, yeyilmə, korroziyaya qarşı və s.) sürüşmə ötürücülərinin podşipniklərini, reduktorlarını yağlamaq üçün və sənaye avadanlıqlarının hidrosistemlərini doldurmaq üçün istifadə olunur.

Minimum aşqarlı aşağı özlülü yağlardan ölçü cihazlarını, toxuculuq maşınlarının hərəkət edən hissələrini və s., və ya əksinə, dəzgahların sıxıcı mexanizmlərini, zəncir ötürücülərinin açıq tipli düyünlərini yağlamaq üçün isə nisbətən qatı yüksəkadqeziyalı yağlardan istifadə olunur. Qara metalların bərkitmə əməliyyatında (soyutmaq üçün) və zağlanmasında (məsaməli oksidləşmiş nazik pərdənin hopdurulması üçün) ucuz, işlənmiş ya da regenerasiya olunmuş sənaye yağlarından istifadə olunur. Abraziv tozlarla emaletmə – cilalama, sürtülmə, parıldatma yağ mühitində, tez-tez bir qayda olaraq ucuz mineral yağda, yəni sənaye markalı yağlarda aparılır.

Metal emalında hazır məhsulların konservasiyasında və qablaşdırılmasında (yağlanmış kağız) sənaye yağlarından istifadə olunur, lakin bu sahədə onlar xüsusi “yapışqan” sürtkülərlə və polimer nazik təbəqələrlə aktiv sıradan çıxarılır.

Sənaye yağı, su və emulqator əsasında olan emulsiyalar materialların emalında kəsmədə, tikintidə beton konstruksiyaları taxta qəlibə vuranda, yağların dərilərə hopdurulmasında yağlayıcı-soyuducu mayelər kimi tətbiq olunur.

Sənaye yağının tətbiq olunan nümunəsi – tikiş maşınları üçün yağ.

Müxtəlif təyinatlı sənaye yağlarının müasir təsnifatının əsasında, tətbiq sahəsindən və istismar xassələrindən asılı olaraq qruplara bölmə prinsipi qoyulmuşdur.

Sənaye yağlarının təsnifatına aid standartlaşma üzrə Beynəlxalq təşkilat tərəfindən (İSO) bir sıra standartlar işlənilmişdir:

  • ISO 6743/0-81 «Sənaye yağları və sürtkülərin təsnifatı».
  • ISO 3448-75 «Sənaye yağlayıcı materiallar. Özlülüyün təsnifatı».

ISO və ГОСТ 17479.0-85 tələblərinə uyğun. “Neft yağları”. Təsnifat və işarələr. Ümumi tələblər – ISO və ГОСТ 17479.0-85 tələblərini nəzərə alaraq “Sənaye yağları texniki tələblər” ГОСТ 17479.4-87 işlənib hazırlanmışdır. Müvafiq ГОСТ 17479.4-87 sənaye yağlarının işarələri bir-birindən defislə ayrılan nişanlar qrupuna daxil edilir:

  • birinci işarə («И» hərfi) – tərkibindən, xassələrindən və yağın təyinatından asılı olmayan bütün markaları üçün ümumidir;
  • ikinci işarə (baş hərf) – təyinat qrupuna aiddir;
  • üçüncü işarə (baş hərf) – istismar xassələrinə görə yarımqrupa aidliyi;
  • dördüncü işarə (rəqəm) – özlülük sinfinə aidliyi.

Sənaye yağı, əsas xarakteristikaları. Sənaye yağının təmizlənməsi(regenerasiyası) üçün tətbiq olunan avadanlıq. Sənaye yağının təmizlənmə metodları – НПО «РосТехЭнер…»

  • Химический энциклопедический словарь. Гл. ред. И.Л.Кнунянц.— М.: Советская энциклопедия, 1983—792 с.
  • Пример использования индустриального масла в пищевой промышленности.
  • ГОСТ 20799-88. Масла индустриальные.
  • ГОСТ 17479.3-85. Масла гидравлические.
  • О применении индустриальных масел в гидросистемах.