Səngəçal burnu[1] - inzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisinə daxildir. Burnun ərazisindən dənizin daxilinə 10 km uzanan neft hasilatında istifadə edilən platformalar vardır. Burun yaxınlığından mühün dəmir və avtomobil yolları keçir. Burnun sahillərini şimaldan Puta buxtası, cənubdan isə Səngəçal buxtası ilə yuyulur.
Səngəçal burnu | |
---|---|
Yerləşməsi | |
40°06′31″ şm. e. 49°29′42″ ş. u. | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
|
Burun yaxınlığında yerləşən Səngəçal qəsəbəsində AzərEnerjinin Sənqəçal Elektrik Stansiyası fəaliyyət göstərir. 2001-ci ildə Səngəçal qəsəbəsi yaxınlığında dünyadakı ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı tikilib.