Səngi Muğan mayakı

Səngi Muğan mayakı[1] . — Bakı arxipelaqına daxil olan Səngi Muğan adasında quraşdırılmış mayak. Azərbaycanda unikal formaya malik az saylı mayaklardan biridir.

Səngi Muğan mayakı
Ölkə
Yerləşir Səngi Muğan, Azərbaycan
Koordinatlar 39°45′24″ şm. e. 49°34′58″ ş. u.HGYO
Tikilmə tarixi 1891
Tikinti materialı daş
Diapazon əsas:
HRMC nömrəsi AZE-003
Xəritə

Səngi-Muğan adasındakı mayak 1891-ci ildə Fransada fransız mühəndis, memar və metal strukturlar ustası olan Qüstav Eyfelin hesablamalarına və çertyojlarına əsasən hazırlanmışdır[2]. Mayak təxminən 50 metr hündürlüyü olan çuqun borudan ibarət idi. Ancaq adadakı palçıq vulkanlarından birinin püskürməsi zamanı alov 150 metr hündürlüyə fontan vurdu və mayakın çuqun borusu əridi. Sonradan burada yeni elektron mayak quraşdırıldır.

  1. "Səngi Muğan mayakı". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.
  2. "Xəzərin yol göstərənləri". 2022-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.